HEYVAN GÖZLƏRİ

Bura qədər verilən nümunələrdə görünən Allahın yaratmasındakı mükəmməlliyi daha yaxşı başa düşə bilmək üçün canlıları bir qədər də ətraflı şəkildə araşdırmaq lazımdır. Çünki Allahın sənəti, yaratdığı milyonlarla canlı üzərində saysız-hesabsız müxtəlif formalarda təcəlli edir. Quranda da ifadə edildiyi kimi bu canlıların varlığı möminlər üçün bir ibrət (dərs) dir:

Əlbəttə ki, heyvanlarda da sizin üçün ibrətlər vardır... (Nəhl surəsi, 66)

Yer üzündə saysız-hesabsız heyvan yaşayır. Təkcə böcək növlərinin ümumi sayı belə, milyonlara çatır. İnsan gözü bu qədər çox canlı arasında ən üstün xüsusiyyətlərə sahib olanıdır. Ancaq tək-tək araşdırıldığında müxtəlif heyvan gözlərinin bəzi funksiyaları baxımından üstün olduqları görünür. Dünyada nə qədər heyvan növü vardırsa, o qədər də fərqli göz vardır. Bu müxtəlifliyin mutasiya və ya təbii seleksiya kimi iddialarla açıqlanmasının mümkün ola bilməyəcəyinə əvvəlki hissələrdə toxunulmuşdu.

Allah hər canlıya yaşadığı şərtlərə və qidalanma ehtiyaclarına görə ən uyğun göz növünü vermişdir. Bu hissədə fərqli növlərdəki heyvanların, fərqli quruluş və xüsusiyyətlərə sahib gözlərini araşdıracağıq.

 

Böcəklərin gözləri

Böcəklərin gözləri insanların gözlərindən olduqca fərqlidir. Bu canlılarda sadə və mürəkkəb olmaqla iki növ göz quruluşu vardır.

Sadə gözlər kiçik və yumrudur. Yalnız işığı və qaranlığı ayırd edə bilərlər. Pətək gözlər isə həm daha mürəkkəb, həm də daha böyükdürlər. Bu gözlər yüzlərlə kiçik hissəcikdən ibarətdir. Əslində hər hissə bir göz kimidir. Çünki hər birinin beynə bağlı özünəməxsus göz bülluru və işığa həssas hüceyrələri vardır.

İnsan gözündə bir göz bülluru olduğunu öyrənmişdik, amma bu göz bülluru ətrafındakı əzələlər sayəsində öz formasını dəyişdirərək uzağa ya da yaxına fokuslama edə bilirdi. Böcəklərin gözlərindəki göz büllurunun forması isə dəyişmir, buna görə də fokuslama edə bilmirlər.

Pətək gözdə yaranan xəyal, gözün ommatid adı verilən kiçik hissələrinin hər birinin görmə sahəsinin kiçik bir hissəsini qəbul etməsi nəticəsində əmələ gəlir. Ommatidlərdən gələn məlumat bir mozaikanın hissələri kimi birləşdirilərək xarici aləmə aid tək bir görünüş meydana gələr. Ommatid sayı artdıqca görmə itiliyi də artar. Fərqli istiqamətə baxan gözlərin hər biri görünüşün fərqli bir hissəsini boynuna götürər.(40)

Ommatid sayı otaq milçəyində 4 000, qanadsız böcəklərdə, məsələn, dişi işıldaquşlarda 300, may böcəklərində 5 100, sarı kənarlı sərtqanadlılarda 9 000 və bəzi cırcıramalarda isə 10 000-28 000-dir.(41)

360 dərəcəlik görmə

Otaq milçəyinin gözü 4 000 ədəd kiçik və sadə gözdən (ommatiddən) ibarətdir. Otaq milçəyi bu gözləri hərəkət etdirmə qabiliyyətinə də malikdir. Hər ommatidin üzü fərqli bir istiqamətə çevrilmiş olduğu üçün, önünü, arxasını, sağını, solunu, üstünü və altını görə bilir. Yəni 360 dərəcəlik bir bucaqla ətrafını qəbul edə bilir.

Hər ommatid özünə tərəf gələn işığın qabağını kəsər, beləliklə də, işığı öz göz bülluruna və hüceyrələrinə salar. Bu gözlərin hər birinin 8 duyğu hüceyrəsi vardır. Otaq milçəyinin iki gözündəki ümumi duyğu hüceyrəsi sayı isə təxminən 48 000-dir. Bu sayədə milçəyin gözü saniyədə 100 görünüş qəbul edə bilər və bu baxımdan insandan 10 qat daha üstündür.

Milçəyin beyninə saniyənin yüzdə biri kimi bir müddətdə 48 000 məlumat çatar. Bu məlumat beynin üçdə iki hissəsini meydana gətirən optik sinir mərkəzində qiymətləndirilər.

Gündəlik həyatda hər an insanın qarşısına çıxa bilən və insanlar tərəfindən olduqca sadə quruluşlu zənn edilən milçəklər məhz belə bir mürəkkəb sistem sayəsində görərlər.

Kiçik bir milçəyin 4 000 gözə sahib olması, əlbəttə ki, təsadüflərlə və ya mutasiyalarla açıqlana bilməz. Ortada çox xüsusi bir yaradılış olduğu məlumdur. Üstəlik, milçəyin bədənində yalnız tək bir sistem də yoxdur. Milçəyin qan-dövranı, ifrazat, həzm və tənəffüs kimi sistemləri və uça bilmək üçün çox xüsusi qanadları vardır. Milçək, ancaq bunların hamısının eyni anda mövcud olması nəticəsində yaşaya bilər. Məsələn, həzm və ya tənəffüs sistemi olmayan bir milçək ola bilməz. Uça bilən, amma kor olan bir milçək də yoxdur. Milçək indiki halıyla Allah tərəfindən yaradılmış bir canlıdır. Bir Quran ayəsində milçəyin yaradılışına belə diqqət çəkilmişdir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

 

56 000 gözlü böcək

Heyvanlar aləmindəki ən çox gözə sahib olan heyvan iynəcədir. Hər gözdə 30 000 ədəd kiçik gözcük vardır. Obyekti tam şəkildə görmək surətiylə 6 metr uzaqlığa qədər dəqiq görüş sahəsinə sahibdir.(42)

Kiçik bir böcəkdə cəmi 60 000 göz, hər gözün öz bülluru, hər büllurun işığı saldığı torlu qişa, torlu qişadan çıxan minlərlə sinir və bu sinirlərdən gələn siqnalların qiymətləndirildiyi mərkəzi sinir sistemi... Bütün bunların nəticəsində milçəyin bir şeylər görməsi və bu görünüşü qiymətləndirə biləcək bir ağla və mühakimə qabiliyyətinə sahib olması...

Yalnızca tək bir gözün meydana gəlməsi, bu gözün əlaqədə olduğu tək bir sinir hüceyrəsinin olması, bu tək siqnalın qiymətləndirilə bilməsi belə başlı-başına bir möcüzədir. Bunun müqabilində möhtəşəm bir yaradılış nəticəsində meydana gələn 56 000 gözdən, bu gözlərin əlaqələrindən və uyğunluq içində işləmələrindən söhbət gedir. Bu Allahın sonsuz elminin təcəllilərindən yalnızca biridir. Allah yaratmada heç bir ortağı olmayandır.


  Ultrabənövşəyi görmə




Kəpənəklər və arılar çox xüsusi bir görmə qabiliyyətiylə yaradılmışlar. Bu qabiliyyət sayəsində qida mənbələrinə çox asanlıqla çatarlar. Gözləri ultrabənövşəyi şüalara qarşı həssasdır. Bəzi çiçəklərin piqmentləri elə bir şəkildə düzülmüşdür ki, çiçəyin tac yarpaqlarında (insan gözünün görə bilməyəcəyi, amma ultrabənövşəyi şüaları görə bilən canlıların görə biləcəkləri) parlaq görünüşlər meydana gələr. Bu görünüşlər arını nektar mənbəyinə istiqamətləndirən bir işarədir. Çiçəklərin baş hissələri, məsələn, sarı rəngli bir çiçək başı, parlaq rəngdə görünər. Ehtiyac duyduqları qida mənbəyi sanki bəziləri tərəfindən özləri üçün işıqlandırılmış və işarələnilmiş kimidir. Bu işarələr hava limanındakı işıqlar kimi böcəyin təhlükəsiz bir şəkildə və asanlıqla hədəfinə çatmasını təmin edər.

Arılar qidalanmaq üçün tozcuqlara ehtiyac duyarlar. Tozcuqlar isə digər çiçəklərə döl köçürə bilmək üçün arılara ehtiyac duyarlar, çünki arıların ayaqlarına ilişən tozcuqlar çiçəklərin mayalanmasını təmin edər. Hər ikisi də bu görüşün baş tuta bilməsi üçün lazımi xüsusiyyətlərdə yaradılmışlar. Məsələn, çiçəklər ultrabənövşəyi şüaları əks etdirsə, lakin arıda bu şüaları görə biləcək bir sistem olmasa, arı aclıqdan öləcək və növü yox olmağa başlayacaqdı. Arılarda ultrabənövşəyi şüaları görmə sistemləri olsa, amma çiçəklər ultrabənövşəyi şüaları əks etdirə bilməsə, arı yenə çiçəklərə çata bilməyəcək, həm arılar, həm də çiçəklər məhv olacaqdı. Bu hər iki canlının da eyni yaradıcı tərəfindən yaradılmış olduğunun bir dəlilidir.


  Quşlar

Uçan bir canlı üçün ən əhəmiyyətli duyğu görmədir. Çünki başlı-başına bir möcüzə olan uçma, üstün bir görmə qabiliyyəti ilə dəstəklənilmədiyi müddətcə olduqca təhlükəli bir şey olacaq. Buna görə də Allah quşlara uçma qabiliyyətiylə yanaşı üstün bir görmə qabiliyyəti də vermişdir.

Quşlar insanlardan daha sürətli görmə gücünə malikdir və daha geniş sahəni çox aydın görə bilirlər. Bir quş insanın hissə-hissə görərərək qəbul etdiyi bir çox görüntünü, tək bir baxışda bütöv bir halda görə bilər.

İnsan gözlərinin əksinə quşların gözləri göz yuvalarına sabit oturmuşdur. Amma quşlar başlarını və boyunlarını sürətlə çevirərək görüş sahələrini genişləndirərlər. Bir bayquş 80 dərəcəlik bir görüş sahəsinə malikdir, amma növünə görə başını 360 dərəcəyə qədər hərəkət etdirə bilər. Beləcə bayquş, başını dairənin dörddə üç hissəsi qədər çevirərək bütün ətrafını sürətli bir şəkildə nəzərdən keçirə bilər.

Bayquşun ovlanmaq üçün istifadə etdiyi ən əhəmiyyətli orqanı gözləridir. Gecə insanların gördüyündən 10 qat daha aydın görər.(43)

Bayquşdakı görüş bucağı 360 dərəcə olduğu halda, insandakı ən yüksək görüş bucağı təkcə bir göz üçün üfüqi 150 dərəcə, 2 göz üçünsə ümumilikdə 180 dərəcədir.(44)

Yırtıcı quşların uzağı çox yaxşı görən gözləri vardır. Bu sayədə ovlarının üstünə hücum etdiklərində məsafəni çox yaxşı nizamlaya bilərlər. Bəzi quşların gözləri insanla müqayisə edildikdə 6 dəfə uzağı görə bilər.

Böyük gözlərdə daha çox görünüş hüceyrəsi olar. Bu da daha yaxşı görünüş deməkdir. Yırtıcı bir quşun gözündə bir milyondan çox görünüş hüceyrəsi vardır.

Bayquşlar və bənzəri gecə quşları digər canlılara görə gecələri daha yaxşı görə bilərlər. Gecə qida axtaran quşlar, sürətlə hərəkət edən kiçik heyvanları ovlayarlar. Ovlarını tutmaq üçün kiçik hərəkətləri görməlidirlər. Bu quşlar üçün ən yaxşı göz, boz rəngin çalarlarını görən bir gözdür. Yəni dünyanı ağ-qara təsvirli bir televizorun əks etdirdiyi görüntü kimi görərlər. Bu gözlərin ortaq xüsusiyyəti, içlərində xeyli sayda çubuq (işığı qarşı həssas) hüceyrələrinin olmasıdır. Gözdə nə qədər çubuq hüceyrəsi olarsa, gecələri bir o qədər yaxşı bir görünüş əldə edilər. Gecənin qaranlığında ovlanan bir heyvanın rəngləri görməyinə ehtiyac yoxdur, buna görə də gözlərindəki konus hüceyrələrinin sayı azdır.

Bu yazını oxuduğunuz son bir dəqiqə ərzində, gözünüzü təxminən 22 dəfə qırpdınız. Bu sayədə gözünüzün təmizliyi və nəmliliyi təmin edilmiş oldu. Gözünüzü qırpdığınız anda gözünüz saniyənin müəyyən bir hissəsi qədər öz funksiyasını yerinə yetirə bilmədi. İnsan üçün böyük bir əhəmiyyət daşımayan bir anlıq görünüş itkisi yüzlərlə metr yüksəklikdə, böyük bir sürətlə uçan bir quş üçün əhəmiyyətli bir problem ola bilərdi. Halbuki, bir quş gözünü qırparkən gördüyü görünüş heç vaxt kəsilməz. Çünki quşun, göz qırpma pərdəsi deyilən üçüncü bir göz qapağı vardır. Bu pərdə şəffafdır və gözün bir tərəfindən digər tərəfinə doğru hərəkət edər. Beləliklə quşlar gözlərini tamamilə yummadan qırpa bilərlər. Bu pərdə suya daxil olan quşlar üçün dalğıc gözlüyü funksiyasını yerinə yetirər və gözə zərər gəlməsinə mane olar. Yəni, bəzi quşlar doğuşdan dalğıc eynəklərinə, bəziləri də pilot eynəklərinə sahibdirlər.

Toxum və böcəklərlə bəslənən kiçik quşlar, qidalarını asanlıqla tapa bilmək üçün rəngləri görmə qabiliyyətinə sahib olmalıdırlar. Geniş bir sahəni görə bilmə zəruriliyi də vardır. Gözləri başlarının yan tərəflərində olduğundan, hər iki tərəfdə də qida axtararaq böyük bir sahəni gözdən keçirərlər. Bu sayədə düşmənlərinin yerlərini də müəyyənləşdirərlər.

Çətirquşu olaraq da tanınan qara balıqyeyənlər, suda ovlanarkən bəzi çətinliklərlə üzləşərlər. Məlum olduğu kimi işıq su səthindən əks olunur. Bu da balıqyeyən kimi quşların ovlanarkən suyun altını asanlıqla görə bilmələrinə mane olar. Suyun meydana gətirdiyi bu əlverişsiz şəraitə baxmayaraq, bu quş növü üzərkən qanadlarını açar; qanadlar günəş şüasının qarşısını kəsər və su səthindəki əks olunma prosesi dayanar. Beləcə səthdəki balıqları asanlıqla görə bilər.

Balıqyeyən belə bir hərəkət etməsəydi, işığın əks olunması nəticəsində ovunun yerini müəyyənləşdirə bilməyəcək və aclıqdan öləcəkdi. Lakin necə olubdursa, hər dəniz quşu işığın sınması kimi bir fizika qanunundan xəbərdar şəkildə doğulmuş və buna qarşı bir tədbir görməsi təmin edilmişdir. Bəzi digər dəniz quşlarının da bu hərəkəti etdiyi düşünülsə, ağla belə bir sual gələr: Görəsən quşlar bir yerə toplanıb bu problemi öz aralarında bir qərar qəbul edərəkmi həll etdilər ya da bir müddət fizika elmini öyrənib, sınaq və yanılma yolu ilə əldə etdikləri təcrübələri fizika məlumatlarıyla birləşdirərəkmi bu üsulu tapdılar?

 

Yırtıcı heyvan gözləri

Minlərlə metr hündürlükdə uçan qartallar, bu məsafədən yer üzünü bütün incəliklərinə qədər görə biləcək gözlərə sahibdirlər. Təkmilləşmiş döyüş təyyarələrinin minlərlə metrdən hədəflərini müəyyənləşdirməsi kimi, qartal da yer səthindəki ən kiçik hərəkəti, ən kiçik rəng fərqini hiss edərək ovunun yerini müəyyənləşdirər. Bu qabiliyyətini gözündə olan çox xüsusi strukturlara borcludur.

Torlu qişada ən iti görünüşün, konus hüceyrələrinin ən sıx şəkildə yerləşdiyi fovea adı verilən bir hissədə olduğunu söyləmişdik. Qartalların gözlərində isə iki fovea vardır. İki foveaya sahib olmaq olduqca iti bir görmə qabiliyyəti təmin edir. İnsan gözündə tək bir fovea (binokulyar fovea) vardır. Bir obyektə baxdığımızda hər iki göz də eyni obyektə baxar və iki gözün görünüşü beyində birləşdirilərək dərinlik qəbulu meydana gələr. Qartalların gözlərində isə insanlarda olduğu kimi tək bir fovea ilə yanaşı (binokulyar fovea) hər iki gözün ayrı-ayrılıqda yan tərəfləri də görməsini təmin edən tək gözlə görmə üçün ayrı bir fovea vardır. Beləcə görmə itiliyi ilə yanaşı, həm ön, həm də yan tərəflər eyni anda görülə bilər.

Qartal gözü həm eyni vaxtda üç yüz dərəcəlik geniş bir bucağı görür, həm də üstün bir fokuslama qabiliyyətinə malikdir. İnsan gözündə gözü obyektləri fokuslamaq üçün göz büllurunun forması dəyişdiyi halda, qartal gözündə həm göz büllurunun, həm də buynuzlu qişanın forması dəyişə bilər və bu vəziyyət qartalın gözünü obyektlərə fokuslama qabiliyyətini əhəmiyyətli dərəcədə artırar. 4 500 m hündürlükdə uçarkən 30 000 hektarlık bir sahəni gözləriylə süzə bilər.(45) 90 metr hündürlükdən tarladakı otlar arasında kamuflyaj olmuş bir dovşanı çox asanlıqla ayırd edə bilər.(46)

Bu qədər məharətlə kamuflyaj olmuş bir ovu tapa bilməsi üçün qartalın gözündəki torlu qişa hüceyrələri bir damla rəngli maye ilə boyanmışdır. Bu sayədə qartal minlərlə metr hündürlükdən rənglər arasındakı kiçik bir fərqi ayırd edər və ovunun olduğu yeri müəyyənləşdirər. Bir damcı yağla, belə bir funksiyanın reallaşması, şübhəsiz ki, Allahın sonsuz elminin bir göstəricisidir.

Uçmaq başlı-başına bir möcüzədir. Bir quşun uça bilməsi üçün, sahib olduğu qanadlar, hazırkı quruluş və yerləriylə birlikdə bu heyvanda əskiksiz şəkildə mövcud olmalıdır. Qanadlar əsla zaman keçdikcə meydana gələ bilməzlər.

Zaman keçdikcə meydana gəlməsi mümkün olmayan başqa bir sistemin görmə olduğu daha əvvəlki səhifələrdə araşdırılmışdı. Qartalın gözündəki qüsursuz quruluş üzərində düşünüldüyündə bu həqiqət bir dəfə də aydın olur. İki torlu qişalı bir gözə sahib olmaq zaman keçdikcə qazanılacaq və ya təsadüfən meydana gələ biləcək bir xüsusiyyət deyil. İkinci bir torlu qişa xüsusilə heyvanın ehtiyacını ödəmək məqsədiylə qoyulmuşdur.

Torlu qişa hüceyrələrində olan bir damcı yağın qazandırdığı üstünlüyün qartal üçün həyati əhəmiyyəti vardır. Bəs bu həssas optik nizam kim tərəfindən edilmişdir. Görəsən bu həll yolunu qartalmı fikirləşib tapmışdır, yoxsa o bunu başqa heyvanların tövsiyəsiyləmi tapmışdır? Əlbəttə ki, qartal bundan minlərlə il əvvəl yaşayan qartallar kimi bu xüsusiyyətlərə doğuşdan sahibdir.

Bəs nə üçün insan gözləri qartalınkı kimi iti bir görmə qabiliyyətinə sahib deyil. Bunun səbəbi qartalın gözlərinin bədəninə olan nisbətidir. Əgər insanda qartalın gözlərinin yerinə yetirdiyi funksiyanı yerinə yetirən bir cüt göz olsaydı böyüklüyü qreyfurt qədər olacaqdı. İnsanın minlərlə metr uzaqdan bir dovşanın yerini müəyyənləşdirməyə ehtiyacı yoxdur. Buna görə də Allah insanı hazırkı gözləriylə olduqca estetik şəkildə yaratmışdır.


Sıçrayan hörümçək

Sıçrayan hörümçəklərin həyatları digər hörümçəklərdən fərqlidir. Bu hörümçək digər bir çox hörümçək kimi tor qurub ovunu gözləmək əvəzinə, özü ovuna doğru gedər. Buna görə də görmə sistemi demək olar ki, kor olan digər hörümçəklərə nisbətən daha üstün xüsusiyyətlərə malikdir.

Məsələn, bir ağacın üzərində olan sıçrayan hörümçək, özünü hazırladığı bir ipliklə olduğu budağa bağlayar. Sonra uçan bir böcəyin üstünə tullanar və onu havada tutar. Özünü ağaca bağladığı elastik iplik sayəsində yerə düşməz və bu iplikdən yapışaraq ovu ilə birlikdə təkrar yuxarı çıxar. Hörümçək bu hərəkəti edə bilmək üçün ovun uçuş istiqamətini, sürətini, tullandığı andakı sürətini, həmçinin də hədəfə çatana qədər keçən vaxtı müəyyənləşdirdikdən sonra bütün bu məlumatları bir kompyuter kimi qiymətləndirib tullanmalıdır. Bunun üçün olduqca inkişaf etmiş gözlərə, bu hesablama işlərini həyata keçirmək üçün məlumatların emalı mərkəzinə ehtiyacı vardır.

Sıçrayan hörümçəklər 8 gözə (dörd cüt) sahibdirlər. Bunlar arasında, ön tərəfdə yerləşən cüt ən valehedici olanıdır; bütün buğumayaqlılar arasında ən mükəmməl göz kimi qəbul edilə bilərlər. Gözün içindəki torlu qişa 3 ölçüdə hərəkət edə bilər, bu sayədə hörümçək bütün istiqamətlərə baxa bilər və gözünü obyektlərə fokuslaya bilər. Başın ətrafında yerləşən digər 6 göz, hörümçəyə 360 dərəcəlik bir görüş bucağı təmin edir.(47)

Sıçrayan hörümçəklərin görmə qabiliyyəti insanın görmə qabiliyyətinə çox bənzəyir, hətta bu hörümçəklər televizor görünüşünü belə qəbul edə bilirlər. Bir çox heyvan televizorda yalnızca hərəkət edən mürəkkəb nöqtələr görə bilər. Bunun müqabilində tədqiqatçılar sıçrayan hörümçəklərin, televizordakı hörümçək və milçək təsvirlərinə reaksiya verdiklərini müəyyənləşdirmişlər.

 Göründüyü kimi sıçrayan hörümçəyin görmə sistemi olduqca mürəkkəb bir quruluşdadır. 300 dərəcəlik bir sahədən gələn məlumatların qiymətləndirilməsi, insan beyni üçün belə olduqca çətin bir işdir. Lakin kiçik bir hörümçək fərqli istiqamətlərə baxa bilən, bunları görə bilən, qiymətləndirmə apara bilən bir göz quruluşuna malikdir. Əlbəttə ki, hörümçək bu xüsusiyyətləri istəməmiş, öz-özlüyündə zaman keçdikcə meydana gəlməmiş, sahib olduğu hər şey bütöv bir halda Allah tərəfindən yaradılmışdır.

 

Heyvan gözlərinin qorunması

Gözlər bədənin ən həssas orqanları olduqları üçün diqqətlə qorunmalıdırlar. Buna görə də heyvanların kəllələri gözlərini ən yüksək səviyyədə qoruyacaq şəkildə yaradılmışdır.

Pişik, it kimi heyvanların gözlərinin böyük bir hissəsi kəllənin içinə yerləşdirilmiş, lakin kiçik bir hissəsi çöldə qalmışdır. Göz ətrafındakı sümüklər bütün istiqamətlərdən gələ biləcək zərbələrə qarşı qalxan funksiyasını yerinə yetirirlər. Qarşıdan gələ biləcək bir təhlükəyə isə göz qapaqları cavab verir.

Çox çətin şərtlər altında yaşayan dəvənin gözləri də, tam özünə lazım olan müdafiəni təmin edəcək xüsusiyyətdədir. Gözlərin ətrafındakı sərt sümüklər zərbələrdən qoruduqları kimi, günəş şüalarına qarşı gözü ən yaxşı şəkildə mühafizə edirlər. Olduqca güclü qum fırtınaları belə, dəvənin gözlərinə zərər verməz. Çünki kirpiklər bir-birinin içinə keçə bilən bir quruluşa malikdir və hər hansı bir təhlükə olduğu vaxt avtomatik şəkildə bağlanarlar. Beləcə heyvanın gözünə ən kiçik bir tozun girməsinə belə izn verilməz.

 

Dənizdəki gözlər

Sualtı aləmin canlıları quruda yaşayan canlılardan olduqca fərqlidir. Çünki sualtı aləm, sanki başqa bir planet kimidir və bu aləmin sahibləri aid olduqları mühitə görə ən ideal şəkildə yaradılmışlar. Quruda da, suda da heyvanlar üçün təməl yaşama prinsipləri dəyişmir. Həyatda qalmaq üçün nəfəs almaq, bəslənmək (ovlanmaq) və yem olmamaq lazımdır. Suda yaşayan hər hansı bir canlı, ətrafındakı dünyanı görməli, düşmənini və ovunu bir-birindən ayırd etməlidir. Bunun üçün də sualtında dəqiq görə biləcəyi çox xüsusi gözlərə ehtiyac duyar.

Balıqlar dünyaya şəffaf bir pərdə arxasından baxarlar. Bu pərdə dalğıcların sualtı eynəklərini xatırladar. İstər bir balina, istərsə də bir qaya balığı olsun, suyun altındakı görüş sahəsi 30 metr dərinlikdən sonra məhdudlaşar və buna ehtiyac qalmaz. Çox vaxt xeyli yaxınlıqdakı obyektləri görmələri lazım gəldiyindən, gözləri də bu ehtiyaca görə yaradılmışdır. Sferik və sərt olan göz bülluru strukturları yaxınlıqdakı obyektləri görməyə görə nizamlanmışdır. Uzaqdakı bir nöqtəyə baxmaq istənildikdə isə, bütün göz bülluru sistemi gözün içindəki xüsusi bir əzələ mexanizmiylə arxaya doğru çəkilər.

Balığın gözündəki sferik göz bülluru sualtında görmək üçün olduqca əlverişlidir. Sualtında aydın bir görünüşün əldə edilməsi üçün, sualtı məkanda yaşayan canlının göz bülluru insanın göz büllurundan daha dəyirmi olmalıdır. Bunun səbəbi işığın suda sınma dərəcəsinin havadakından daha çox olmasıdır. Balıq gözündəki göz bülluru, insanlar və quruda yaşayan heyvanlardakı daha sadə göz bülluru ilə müqayisədə işığı daha çox sındıraraq dəqiq bir görüntü meydana gətirər. Suda yaşayan canlılar hər an daha böyük bir canlıya yem olma təhlükəsiylə üz-üzədirlər. Lakin bununla yanaşı, məməli heyvanlarda olmayan əhəmiyyətli bir üstünlüyə sahibdirlər. Balıqlar eyni anda birdən çox görünüş görə bilərlər.

Gözlər başın iki tərəfindədir. Balığın gördüyü hər görüntü beynin əks tərəfində qeyd olunar. Lakin cisim tək gözlə görüldüyü üçün, yaranan görünüş iki ölçülüdür. Buna görə də məsafə aydınlaşa bilməz. Başın tam qarşısında iki gözün görünüşünün kəsişdiyi kiçik bir sahə vardır. Hər hansısa bir cisim gözün diqqətini çəkdikdə dərhal iki göz də eyni anda o istiqamətə fokuslanar və hədəfin mövqesi müəyyənləşdirilər.

Balıqlar quruda yaşayan heyvanlarla müqayisədə zəif işığa daha həssasdırlar. Çünki, torlu qişalarında zəif işığa həssas hüceyrələr daha çoxdur. Bu sayədə suyun içindəki işıqdan ən yüksək səviyyədə faydalanmış olarlar.

Su tısbağaları adətən balıqlarla qidalanarlar və bu vaxtda xeyli duz qəbul edərlər. Ehtiyacdan artıq duz onlar üçün zərərlidir və bir yolla bu artıq duzu bədənlərindən kənarlaşdırmalıdırlar. Buna görə də su tısbağalarının gözlərinin küncündə kiçik xüsusi bir torba vardır. Duz vəzləri istənilməyən duzu tısbağanın gözlərin kənar hissələrinə doğru nəql edir. Sonra da göz yaşı hazırlayaraq bunu kənarlaşdırır.(48)

 

Osminoq gözü

Osminoq onurğasızlar içərisində ən mürəkkəb göz strukturlarından birinə sahibdir. Osminoq gözü də kamera prinsipinə əsaslanan əməliyyat yerinə yetirir. Amma qəbuledici tərəfindən qəbul edilən görüntü daha kiçikdir, çünki, gözün özü də daha kiçikdir. Qəbuledici hüceyrələrin hər biri bilavasitə beynə siqnal göndərər və bu siqnallar digər minlərlə siqnal ilə birləşərək sanki görmə siniri kimi tək bir kabel meydana gətirərlər. Bu kabel vasitəsiylə siqnallar optik paylara çatar. Osminoq, çox mürəkkəb gözü və mərkəzi sinir sisteminin üstün quruluşu sayəsində çox dəqiq görər.(49)

Daha əvvəl də bəhs edildiyi kimi təkamül nəzəriyyəsinin ən böyük səhvlərindən biri osminoqların gözlərinin meydana gəlməsi barədə verilən şərhdə özünü göstərir. Təkamülə görə osminoqlar (onurğasızlar) və insanlar təkamül prosesində bir əlaqələri olmayan, ayrı qollardan meydana gəlmiş canlılardır. Halbuki insanlar da, osminoqlar da olduqca inkişaf etmiş gözlərə sahibdirlər. Təkamülə görə bir tərəfdə quruda insanlar meydana gəlməyə davam etdiyi halda, digər bir tərəfdə isə dənizdə osminoqlar meydana gəlirdi. Sonra necə olubdursa, bu iki canlı da bənzər gözlərə sahib olmuşdur. Yəni ‘imkansız bir şey' təkcə bir dəfə deyil, fərqli yerlərdə fərqli vaxtlarda bir çox dəfə baş vermişdir. Əgər göz xüsusi bir yaradılışla deyil, əksinə təsadüflər nəticəsində meydana gəlmişdirsə, bir-birlərindən fərqlənən osminoq və insan gözü hansı səbəbə görə bənzər strukturlara sahibdir? Quruluş və forma etibarilə bir-birlərindən olduqca fərqli olmaları lazım deyildimi? Təkamül bunun kimi minlərlə sadə suala cavab verə bilmir.


 

Xanı balığı

Bu balıq ağzına doldurduğu suyu, suyun səthinə doğru sallanmış budaqlardakı böcəklərə püskürdər. Böcək təzyiqli suyun zərbəsi nəticəsində düşər və balıq üçün asanlıqla ələ keçirilmiş bir yem olar.

Burada diqqət yetirilməsi lazım olan məqam, balığın bu hücumu həyata keçirərkən başını heç sudan çıxarmaması və suyun altından böcəyin yerini doğru şəkildə təsbit edə bilməsidir. Məlum olduğu kimi suyun içindən baxıldığında çöldəki cisimlər işığın sınmasından ötrü olduqları yerdən fərqli bir yerdə görünürlər. Bu səbəbdən də suyun içindən çöldəki bir şeyə zərbə endirmək üçün işığın suda tam olaraq neçə dərəcəlik bucaq altında sındığını "bilmək" və zərbəni də bu bucaq fərqinə görə endirmək lazımdır.

Amma bu balıq yaradılışının tələbindən ötrü bu problemin öhdəsindən gəlir və hər dəfə hədəfi tam vurur. Kiçik bir böcəyə heç bir çətinlik çəkmədən zərbə endirə bilər.(50) Yumurtadan çıxan hər bir xanı balığı bu qabiliyyətə malikdir. Hər hansı bir şəkildə anasından fizika elmini öyrənib, suyun sınma indeksini, işığın sınma bucağını hesablamağı öyrənməz. Nələr edəcəyini bu canlıya ilham edən Allahdır.

 

Xərçənglərin periskopları

Xərçənglər uzun bığcıqlarının üzərində yerləşən iki gözə sahibdirlər. Bunlar kiçik periskoplar kimidir. Bir xərçəng qumun altında gizlənsə belə bu gözlər sayəsində üst tərəfdə nələr olduğunu asanlıqla görə bilər. Təhlükə anında bu iki gözü xeyli içəri çəkər, təhlükə sovuşduqda isə təkrar səthə çıxarar.



 

Sürünən gözləri

Sürünənlərin bir çoxu rəngləri görə bilir. Bu xüsusiyyət sayəsində məharətlə kamuflyaj olmuş böcəklər belə ayırd edilə bilər və ovlanma üçün böyük bir üstünlük təmin edilər.

Buqələmunlar böcəklərlə bəslənərlər. Ovlanma taktikaları olduqca maraqlıdır və bu əməliyyat əsnasında gözlərinə böyük iş düşər. Buqələmunların gözləri qeyri-adi quruluşa sahibdir. Gözlərinin hər biri, digərindən asılı olmadan istədiyi istiqamətə tərəf dönə bilir. Beyində iki fərqli görünüş meydana gəlir. Bunun sayəsində ovuna xeyli asta sürətlə yaxınlaşarkən bir gözüylə ovunu təqib edər, o biri gözüylə ətrafı müşahidə edər. Ovuna xeyli yaxınlaşdıqda isə iki gözünü ona doğru fokuslayar, mövqesini tam şəkildə müəyyənləşdirər və dilini sürətlə ovuna doğru uzadaraq onu tutar.

 

Cüt görmə

İlanların əksəriyyətinin gözləri başlarının iki tərəfindədir. Bu səbəblə də hər biri fərqli görünüşlər görər. Gözlərin başın iki tərəfində olması ön tərəfi görməyə maneə olmaz. Həm ön, həm arxa, həm də yuxarını görən ilan bu sayədə olduqca geniş bir bucağa hakim olar.

 

İnfra-Red (infraqırmızı) görmə

İnsan gözü müəyyən dalğa uzunluqları arasındakı şüaları görə bilər. Bəzi ilan növləri isə daha uzun dalğa uzunluğundakı şüaları görərlər. İnfra-Red adlanan bu şüalar insan tərəfindən yalnız istilik halında qəbul edilə bilər.

İlanların infra-red şüalarını görünüş hesab edən gözcükləri vardır. Bu gözcüklər infra-red şüalarına qarşı insan dərisindən yüz min qat daha həssasdırlar. Bu sayədə ən kiçik bir istilik fərqi dərhal hiss edilər.

Məsələn, zınqırovlu ilan tamamilə qaranlıq bir mühitdə belə istiqanlı bir heyvanı və ya insanı, bədənlərindən yayılan istilik dalğaları sayəsində tapa bilər. Gecələri ovlanan yırtıcı bir heyvan üçün bu olduqca böyük bir üstünlükdür.

Cisimlərin yerinin yaydıqları istiliyə əsasən müəyyənləşməsi, yüksək texnologiya əsasında hazırlanmış optik alətlərin köməyi ilə hərbi sahədə də istifadə edilir. Bu üsulun meydana gətirilməsi illərlə davam etmişdir. Buna baxmayaraq ilanlar yumurtadan çıxdıqları vaxtdan etibarən bu xüsusiyyətə sahib olaraq yaşamağa başlayarlar. İnsanlar tərəfindən son bir neçə on ildə yaradılan texnoloji sistem ilanların bədənlərində ilk yarandıqları andan etibarən mövcuddur.

 

Göz qapaqları

Sürünənlərin göz qapaqları digər heyvanların göz qapaqlarından çox fərqlidir. Zahirdə ilanlarda göz qapağının olmadığı güman edilir; əslində isə gözlər şəffaf bir təbəqəylə örtülüdür. Bu şəffaf təbəqə ilanın göz qapağıdır və hərəkətsizdir.

Kərtənkələlərin əksəriyyətində isə hərəkətli bir gözqapağı vardır. Çöldə yaşayan kərtənkələlərin gözləri aşağıdan yuxarıya doğru çevrilmiş vəziyyətdədir. Quma quylanan kərtənkələnin gözləri bu sayədə zərər görməz.

 

Qurbağaların həssas gözləri

Aparılan tədqiqatlar əsnasında qurbağaların gözlərində olduqca maraqlı bir xüsusiyyətə rast gəlinmişdir. Qurbağa gözündə olan bir növ torlu qişa hüceyrəsi kiçik, tünd rəngli, dairəvi bir hərəkət nümayiş etdirən obyektlərə qarşı intensiv reaksiya verir. Bu hüceyrələr, xüsusilə obyekt nizamsız şəkildə hərəkət etdikdə ən yüksək səviyyədə aktivləşər.  Bəzi elm adamları qurbağadakı sinir hüceyrələrini "sinir detektoru" olaraq adlandırırlar. (http://www.utsc.utoronto.ca/~milgram/nroc64/vision1.htm) Yəni qurbağanın gözləri sanki, xüsusilə milçəkləri görə bilmələri üçün yaradılmışdır.

 

Pişik gözləri

Pişiklərin gözlərində insanlarda olmayan bir təbəqə vardır. Torlu qişanın tam arxasında yerləşən bu təbəqə işığı əks etdirir. Təbəqəyə düşən işıq əks olunduğundan ötrü torlu qişadan iki dəfə keçmiş olur. Beləcə pişiklər çox az işıqda, insan gözünün görə bilməyəcəyi çox qaranlıq mühitlərdə belə çox yaxşı görərlər. Qaranlıqda işıq tutulduğunda pişiklərin gözlərinin parıldamasının səbəbi bu təbəqədir. Təbəqənin quruluşu işığı əks etdirən tapetum lucidum kristallarından meydana gəlmişdir.

Gecələri göz qapaqları xeyli açılar, beləcə gözə çox işıq daxil olar. Pişiklərin qaranlıqda yaxşı görmələrinin başqa bir səbəbi də torlu qişalarında çubuq hüceyrələrin sayının konus hüceyrələrinin sayından çox olmasıdır. Allahın onlar üçün yaratdığı bu sistem sayəsində xüsusilə də vəhşi pişiklər gecələri asanlıqla ovlana bilərlər.