GÖRÜNÜŞÜN MEYDANA GƏLMƏSİ VƏ GÖRMƏ


Göz beynin xarici aləmə açılmasını təmin edən bir pəncərədir. Ancaq görmə duyğusunun meydana gəlməsində göz yalnız bir vasitəçidir. Görmənin baş verdiyi yer isə xeyli dərində, beynin içində gizlənmişdir.

Əvvəlcə görmənin hansı mərhələlər nəticəsində reallaşdığını xatırlayaq. Gözə gələn işıq şüaları əvvəlcə buynuzlu qişadan, sonra göz bəbəyindən, sonra isə göz büllurundan keçər. Şəffaf təbəqənin bükülü üst səthi və göz bülluru, şüaları sındırar və obyektin (şəklin) görünüşü tərs çevrildikdən sonra torlu qişaya çatar. İşığa həssas hüceyrələr (qəbuledicilər; konus və çubuq hüceyrələr) işığı elektrik siqnallarına çevirər və sinir uclarına xəbərdarlıq halında göndərərlər. Torlu qişadan gələn görünüş orjinial halda olmayıb, başıaşağı vəziyyətdə və tərs tərəfdədir. Ancaq beyin yenidən şərh edərək görünüşün düzgün olmasını təmin edər. Bu elektrik xəbərdarlıqları beynə obyektin növü, böyüklüyü, rəngi, uzaqlığı haqqında xəbər apararlar və bütün bu ardıcıl əməliyyatlar saniyənin onda biri qədər bir müddətdə reallaşar.(16)

Görmə prosesi baş verərkən bir saniyədə yerinə yetirilən əməliyyat sayı hal-hazırkı kompyuterlərdən heç birinin yerinə yetirə bilməyəcəyi qədər çoxdur. Bu qədər sürətli olmasıyla yanaşı görmənin ən təəccüblü və möcüzəvi tərəfi torlu qişaya düşən tərs görünüşün beynin optik mərkəzində düzəldilməsidir.(17)

 

Beynin görmədəki rolu

Göz bülluru tərəfindən torlu qişaya fokuslanan görüntü elektrik siqnallarına çevrildikdən sonra saniyənin mində biri kimi bir müddətdə, optik sinirlər vasitəsilə beynə çatdırılar. Hər iki gözdən ayrı-ayrılıqda qəbul edilən siqnallar, baxılan cismə aid bütün xüsusiyyətləri özündə saxlayar. Beyin də hər iki gözdən gələn görünüşləri tək bir görünüş halında birləşdirər. Obyektin formasını və rəngini ayırd edər, nə qədər uzaqda olduğunu müəyyənləşdirər. Bir sözlə, obyektləri görən göz deyil, beyindir.(18)

Gözlərdən gələn elektrik siqnalları beynin arxa qabığında yerləşən ilkin görmə sahəsinə çatar. Bu mərkəz 2,5 millimetr qalınlığında və bir neçə santimetr enindədir. Altı təbəqə halında yüz milyon neyrona (sinir hüceyrəsi) sahibdir. Xəbərdarlıq əvvəlcə dördüncü təbəqəyə gələr, burada analiz edildikdən sonra digər təbəqələrə çatdırılar. Bu mərkəzdəki hər bir neyron min neyrondan xəbərdarlıq alar və min neyrona xəbərdarlıq göndərər. Şüursuz bir hüceyrənin yarandıqdan bəri min fərqli hüceyrə ilə informasiya mübadiləsi edə biləcək əlaqələrə sahib olması və əməliyyat yerinə yetirə bilməsi, əlbəttə ki, təsadüflər nəticəsində qazanılmış xüsusiyyətlər deyil. Hüceyrələr bu xüsusiyyətləriylə birlikdə yaradılmışlar.

Olduqca təkmilləşmiş bir kompyuter kimi işləyən beyin əslində eynilə digər orqanlar kimi milyonlarla kiçik hüceyrənin birləşməsi nəticəsində əmələ gəlmiş bir canlılar toplusudur. İnsan beyninin səthində hər kvadrat millimetrdə 100 000-dən çox sinir hüceyrəsi vardır. Beyində ümumilikdə təxminən 10 000 000 000 (10 milyard) sinir hüceyrəsi vardır. Yəni, beyin 10 milyard kiçik canlının meydana gətirdiyi bir orqandır. Bu canlılardan bir qismi gözdən gələn mesajları şərh etməklə, bir-birləriylə uzlaşıb görmə hadisəsini reallaşdırarlar.

Sonrakı səhifələrdə görmə prosesinin daha geniş texniki incəlikləri qeyd olunacaq. Hansı tip hüceyrələrin gələn siqnalları hansı yerlərə payladığı, görmə mərkəzində neçə hüceyrə olduğu kimi məlumatlar... Bu məlumatlar beynin təməl iş prinsiplərini təsvir edir. 

Gözün dibində işıq şüalarının fokuslanması, bu şüaları elektrik siqnallarına çevirən mükəmməl bir sistemin mövcudluğu, hər iki gözdə yaradılan elektrik siqnallarının beynin müəyyən hissələrinə ötürülməsi, hər iki gözdən gələn siqnalların bir yerə toplanması və buna bənzər bir çox mürəkkəb ara əməliyyat, görmə hadisəsinin yalnız fiziki və texniki cəhətləridir. Ancaq bütün bu texniki incəliklər, heç vaxt hadisənin metafizik nəticəsini, yəni, bu əməliyyatların necə olub da "görünüş" deyilən mücərrəd bir anlayış olaraq qəbul edildiyini, qəbul edilən bu görünüşün "kim" tərəfindən şüurlu bir şəkildə şərh olunub məna qazandığını açıqlaya bilməz. Lakin şüurlu surətdə və ön mühakiməsiz bir şəkildə düşünə bilmə qabiliyyətinə sahib bir adam, görmə hadisəsində fizikanın sərhədlərinin çoxdan aşıldığını və metafizik bir ölçüyə daxil olunduğunu dərk edər.

Çox əhəmiyyətli sirləri gizlədən bu mövzunu daha əhatəli şəkildə öyrənmək məqsədiylə hələlik bir kənara qoyaq və mövcud sistemin yaradılışı və işləyişindəki möcüzələri öyrənməyə davam edək. Bütün bu texniki incəliklər oxunarkən unudulmaması lazım olan tək şey, bu fövqəladə xüsusiyyətlərə sahib olmaq üçün heç bir şey etməməyinizdir. Yenə unudulmaması lazım olan şey, bu qüsursuz sistemin ana bətnindəki tək bir hüceyrənin bölünməsi nəticəsində meydana gəlmiş olması və izah edilən bütün proseslərin siz bu yazını oxuyarkən də sizin nəzarətinizdən kənarda sürətlə davam etməsidir. İncəliklərə getdikcə belə bir sistemin təsadüfən, özünü yaradan bir ağıl və güc olmadan, öz-özünə meydana gəlməsinin qeyri-mümkün olduğunu hər insan dərhal qavraya bilər. Bu açıq-aşkar dəlillər qarşısında həqiqətləri görən kəslərin vicdanları qəbul etdiyi halda, inkar etmələrinin psixologiyası ayələrdə belə bildirilir:

Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!” dedilər. Vicdanları qəbul etdiyi halda, zülmlərindən və təkəbbürlülüklərindən ötrü bunları inkar etdilər. Artıq sən, fəsad törədənlərin aqibətinə bir bax! (Nəml surəsi, 13-14)

 

Yoxa çıxmış siqnallar və məsuliyyət sahibi hüceyrələr

Torlu qişadan çıxan bir milyon hüceyrəyə sahib sinir dəstəsi, görmə ilə əlaqədar məlumatı elektrik siqnalı halında yüz milyon hüceyrəyə sahib görmə qabığına daşıyar. Bu dəstədəki hər bir sinir uzantısı birbaşa şəbəkə torundan başlamaqla yanaşı, bilavasitə işığa həssas sahəyə bağlı deyil. Digər bəzi hüceyrələr, vizual məlumatların qeyd edilib görmə siniri üzərindəki hüceyrələrə keçirilməsini təmin edər.

Bu vaxt qarşımıza çox maraqlı bir incəlik çıxar. Beyinlə göz arasında sinir liflərinin vasitəsiylə birbaşa qurulan əlaqələrdə bəzən kəsilmələr baş verər. Bunun səbəbi bir milyon, hətta hər saniyə gələn on milyon siqnaldan bəzisinin görmə mərkəzinə çata bilmədən beyində fərqli bir yerə getməsidir. Bu görünüşün kəsilməsini tələb edir, ancaq belə bir hal baş vermir. Gözdəki qüsursuz sistem sayəsində heç bir kəsilmə olmadan biz görməyə davam edirik.

Diqqət çəkici məqam səhv ünvana gedən xəbərdarlıqların, çatdıqları yer ilə görmə mərkəzi arasında olan hüceyrələrin etdikləri vasitəçilik sayəsində təkrar görmə mərkəzinə daşınmasıdır. Görəsən bu yerlərə "səhv ünvanlar" demək mümkündürmü?

Həqiqətdə belə deyil. Çünki aşkarda edilən bu səhv bizlərə olduqca böyük bir möcüzənin varlığını göstərir. Bəzi şüursuz hüceyrələr vəzifələri olmadığı halda, görmə siqnallarını beynin əlaqədar hissəsinə göndərirlər. Normalda belə bir sistemdə olması lazım olan şey, səhv yerə çatan siqnalların beyindəki qaranlıq mühitdə yoxa çıxmasıdır. Amma belə olmaz, yerinə çata bilməyən siqnal yoxa çıxmaz. Çatdığı yerdəki hüceyrələr, sanki bu siqnalın bir görmə siqnalı olduğunu, gözdən gəldiyini, görmə mərkəzinə getməsinin lazım olduğunu bilirmiş kimi hərəkət edərlər. Heç bir öhdəlikləri olmadığı bir halda lazımi əlaqə və təşkilatlanmanı yaradaraq xəbərdarlığın beyindəki görmə mərkəzinə getməsini təmin edərlər. Bu sayədə əslində kəsik və parça-parça olması lazım olan görüntüdə heç bir pozulma halı baş verməz.

Görəsən vasitəçilik edən hüceyrələrə bu bənzərsiz məsuliyyət anlayışını kim vermişdir? Təkamülçülərin təsadüfən meydana gəldiyini fərz etdikləri bir orqanı meydana gətirən milyardlarla hüceyrənin hər biri bu məsuliyyət anlayışına yenə təsadüfənmi sahib olmuşlar? Üstəlik bu hüceyrələrin belə bir məsuliyyət nümunəsi göstərə bilmələri üçün hər şeydən əvvəl öz əsas vəzifələrindən başqa, bədəndə gedən digər əməliyyatlardan da xəbərdar olmaları, öz məsuliyyətlərindən başqa baş verən digər prosesləri də anbaan izləmək surətiylə bunları düzəldəcək bir qabiliyyətə sahib olmaları lazımdır.

Bura qədər izah edilənlər görmə əməliyyatının birinci mərhələsini təşkil edir. Bu mərhələdə bilinməyən bir çox şey vardır. Digər mərhələlərdəki bilinməyən şeylər də nəzərə alındığında, görmənin həqiqi mənada aydınlaşdırıla bilməmiş böyük bir sirr olduğunu söyləmək çox doğru olar.

Görmə mövzusunda 20 il tədqiqat aparmış David H. Hubel ilə Torsten N. Wiesel gördükləri işləri izah etdikləri bir məqalədə belə söyləmişlər:

Bu geniş yerdə yerləşmiş və onsuz oluna bilməz orqanı anlaya bilmək, təəssüf ki, hal-hazırda da mümkün deyil.(19)

Göründüyü kimi insanın beyni anlamaq üçün əsrlər boyu göstərdiyi bu səy "təəssüflər olsun ki," qeyri-kafi qalır. Onda təkrar düşünək: Mövcud texnologiya və məlumat bankıyla, quruluşunu da aydınlaşdıra bilmədiyimiz, olduqca mürəkkəb və ağlasığmaz işlər bacaran beyin necə meydana gəldi? Bu qədər üstün bir struktur öz-özünə, milyardlarla hüceyrə və bu hüceyrələri meydana gətirən trilyonlarla zülalın təsadüfən bir yerə gəlib hər biri xüsusi məna kəsb edən trilyonlarla əlaqəni təsadüflər nəticəsində yaratmalarıylamı meydana gəldi?

Təkamül üçün daha da içindən çıxıla bilməyən problem, beyni meydana gətirən milyardlarla hüceyrə və hüceyrələri meydana gətirən milyonlarla zülalın təkcə birinin belə təsadüfən meydana gəlmə ehtimalının olmamasıdır.

 

15 kvadrat santimetr içində bir həyat

İnsanın dünyaya gəlməsindən etibarən gördüyü hər görünüş beynin içində, qaranlıq və yaş bir mühitdə yerləşən görmə mərkəzində meydana gəlir. Görmə mərkəzinin sahəsi isə cəmi 15 sm2-dir. İnsan həyatına aid hər şey, uşaqlığı, oxuduğu məktəblər, evi, işi, ailəsi, yaşadığı məhəllə, vətəndaşı olduğu ölkə, yaşadığı dünya və içində olduğu kainat, aynada gördüyü öz bədəninə aid görünüş, həyat boyu gördüyü hər incəlik, bir sözlə, bütün həyatı, 15 sm2-lik bir ət parçası üzərində meydana gəlir.

Əgər görmə sahəsi deyilən bu kiçik ət parçası olmasaydı insan bu sayılanlardan heç birini görə bilməz, bunların strukturlarının necə olduğunu təsəvvüründə belə canlandıra bilməzdi. Gözün bütün mükəmməl incəlikləriylə birlikdə yaranması da görmək üçün kifayət etməyəcək, beyin və beyindəki görmə mərkəzi olmasaydı, göz heç bir işə yaramayan, mənasız, su dolu bir top olacaqdı. Beyin və görmə mərkəzinin görmə hadisəsində yerinə yetirdikləri əvəzolunmaz funksiyaları nəzərə aldıqda gözün bunlar olmadan tək başına heç bir funksiya yerinə yetirməyəcəyi və varlığının heç bir əhəmiyyət kəsb etməcəyi daha yaxşı aydın olar.

 

Beynin görmədəki rolu

Beynin görmə ilə əlaqədar yerinə yetirdiyi funksiyalar öyrənildikdə göz ilə nə qədər uyğun bir quruluşda yaradıldığı daha yaxşı aydın olar:

         • İki ayrı gözün torlu qişasından gələn siqnalların üst-üstə tutuşdurulması.

• Bu görünüşlərin müqayisə edilərək dərinliklərinin qəbul edilməsi.

         • Cizgi və sərhədlərin görülməsi.

         • Görmə mərkəzindəki rəng analizi.

         • Beyində parlaqlığın qəbul edilməsi. (Beynin parlaqlıq səviyyəsini necə müəyyənləşdirdiyi haqqında çox az məlumat vardır. Bununla birlikdə bunun qismən parlaqlığın görmə sahəsindəki cizgi, sərhəd, hərəkət edən cisimlər və əks rənglərin səbəb olduğu görmə kontrastlarının şiddətini artırmasından qaynaqlandığı güman edilir)(20)

• Göz bəbəyi diametrinin idarə edilməsi.

• Göz hərəkətlərinin əzələlərin köməyi ilə idarə edilməsi.

• Torlu qişadan gələn görünüşün hissələrə ayrılıb təkrar birləşdirilməsi və vizual yaddaşla tamamlanması.

• Görünüşün tərs çevrilməsi.

• Kor nöqtəyə düşən görünüşün, boşluq halında qalmaması üçün doldurulması.


 


Beynin xəritəsi

Korbinian Brodman adlı bir alman nevroloq hüceyrəylə əlaqədar tədqiqlərinə əsaslanan insan bədənindəki beyin qabığının bir xəritəsini hazırlanmışdır. Bu xəritə təkamülün nə qədər çürük bir iddia olduğunu bir dəfə daha sübut edir. Çünki bu xəritə görmənin təsadüflərlə meydana gələ bilməyəcək qədər mürəkkəb bir qəbul mexanizmi olduğunu göstərir.

Brodmanın xəritəsi beyin fəaliyyətlərində əsas götürülür. Məsələn, görmə ilə əlaqədar bölgənin birincisi Brodmanın 17-ci sahəsidir. Bu hissəyə optik sinir vasitəsiylə son məlumatlar gəlib çatar. Bunun tam qarşısında yerləşən 18-ci və 19-cu Brodman sahələrində isə görmə ilə əlaqədar daha əvvəlki məlumatlar vardır. İlkin görmə sahəsi olan Brodmanın 17-ci sahəsinə çatan məlumatlar 18-ci və 19-cu sahələrdə emal olunmağa davam edər. Görmə sahəsinin sağ yuxarı hissəsindən gələn vizual məlumatlar sol yarımkürədə, soldan gələnlər isə sağ yarımkürədə emal olunur. Bu şəkildə xəbərdarlıqlar bir-birini kəsib keçdiyindən, beyin qabığının hər yanı, əks vizual sahədən gələn məlumatları emal edər.

Yaradılışdakı möcüzə, sənət və ecazkarlıqları gözlər önünə sərən bu cür hadisələr baş verdikcə, təkamülçü elm adamları mövzunu tam əksinə bir yerdən ələ alarlar. Məsələn, yuxarıda verilən açıqlamalar təkamülçülər tərəfindən beynin sirrinin həll edildiyi, elmin beynin yaranmasını açıqladığı şəklində şərh olunar. İnkar edənlərin Allahın açıq-aşkar şəkildə görünən bu cür möcüzələri qarşısındakı laqeyd münasibətləri və tərsinə işləyən məntiqləri Quranda belə təsvir edilir:

 

Olanca andlarıyla, əgər özlərinə bir ayə gəlsə, qəti olaraq ona inanacaqlarına dair Allaha and içdilər. De ki: "Ayələr (möcüzələr, dəlillər), ancaq Allah Qatındadır; onlara (möcüzələr) gəlsə də şübhəsiz inanmayacaqlarının şüurunda deyilsinizmi?"

 

Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik. (Ənam surəsi, 110)

 

İnkar edənlərin bu şəkildə həqiqətləri təkzib etmə vərdişlərindən, başqa ayələrdə də bəhs edilir:

 

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

Onlar, gerçəyi təkzib edən, günaha düşkün olan hər yalançıya enərlər.

Bunlar (şeytanlara) qulaq asarlar və çoxu yalan danışmaqdadırlar. (Şuəra surəsi, 221-223)

 

Elm adamları beyində olan sistemin quruluşunu öyrənmiş və bunu ətraflı şəkildə izah etmişlər. Bu sistemin öyrənilməsindəki hər mərhələ o sistemin xariqüladəliyini, mükəmməlliyini və öz-özlüyündə təsadüflər nəticəsində yarana bilməyəcəyini, yəni, yaradıldığını göstərir. Bu da Allahın yaratmada heç bir ortağının olmadığını başa düşməyimizə vəsilə olur.

 

Kor nöqtə və beynin tamamlayıcı funksiyası

Bu yazıya baxır və səhifəni tam şəkildə gördüyünüzü zənn edirsiniz. Amma heç də elə deyil, səhifənin kiçik bir nöqtəsi vardır ki, o nöqtəni görə bilmirsiniz. O nöqtənin yerləşdiyi yeri düşündükdə, siz o yeri görə bilməyən bir korsunuz. Bu, təcrübələrlə isbat edilmiş bir həqiqətdir. Üstəlik bu korluq yalnız bu səhifə üçün deyil, həyatınız boyu gördüyünüz bütün görünüşlər üçün məqbuldur. Bu günə qədər gördüyünüz görünüşlərin hər bir ekspozisiyasında əslində kiçik bir nöqtəni görə bilməmişdiniz, çünki, bir qədər əvvəl də ifadə edildiyi kimi, gözünüz həmişə bir nöqtəni görmürdü.

Bu korluğun səbəbi, optik sinirlərin gözə daxil olduğu torlu qişanın kiçik bir bölgəsində konus və çubuq hüceyrələrinin olmamasıdır. Buna görə də bura işığa həssas deyil və torlu qişanın bu bölgəsində görünüş qəbul edilmir.

Bəs göz içində belə kor bir nöqtə olduğu halda, necə olar da ətrafımızdakı hər şeyi əskiksiz görərik? Bunun səbəbi beynin tamamlayıcı xüsusiyyətidir. Kor nöqtədən ötrü əskik qalan nöqtə, ətrafındakı fona uyğun olaraq tamamlanar. Yəni, beyin, bu nöqtəni mümkün ola biləcək ən uyğun rəngdə rəngləyərək kamuflyaj edər.(21)

Kor nöqtənin varlığının fərqinə varılmaması və görmədə bir əskiklik olmamasının səbəbi budur.

Mövzunu daha yaxşı qavraya bilmək üçün şəkil 2.5-dəki təcrübəni apara bilərsiniz.

Sağ gözünüzü yumun və kitabı 50 sm-lik məsafədən gözünüzə doğru yaxınlaşdırın. Başdan etibarən gözünüzü yalnız toplama işarəsinə zilləyin. Yaxınlaşdıqca müəyyən bir müddət ərzində soldakı qırmızı nöqtənin yox olduğunu və yerinin fondakı naxışla doldurulduğunu görəcəksiniz. Məhz həmin nöqtədə görüntü əmələ gəlmir, lakin bunu hiss etmirsiniz. Çünki, beyin kor nöqtəni orada olması lazım olduğunu düşündüyü ən yaxşı ehtimalla, yəni arxadakı fon ilə doldurar. Bu ehtimalın necə yaradıldığı isə psixoloqların və nevroloqların cavabını tapmağa çalışdığı başlıca suallardan biridir. Bəzi ətraflar kor nöqtənin varlığını bu cür açıqlayırlar: Hər iki gözdə də kor ləkə, görmə oxuna görə fərqli yerdə yerləşdiyindən, iki gözlə görmədə bir nöqtədən gələn şüalar bir gözdə kor nöqtəyə düşdüyü halda, digər gözdə həssas təbəqədə toplanar. Bunu müdafiə edənlər qaneedici şərh verə bilmədikləri kimi; tək gözlə baxdığımızda necə əskiksiz görürük sualına da dəqiq bir cavab verə bilməmişlər.(22)

Buradan əldə olunan nəticə gördüyünüz görünüşlərin tamamilə həqiqət olmadığı, beynin sizi mövcud olduğuna inandırdığı bir xəyal olmasıdır. Yəni, həqiqi olduğuna inandığınız bir görünüş əslində həqiqi olmaya bilər. Eynilə yuxunuzda, həqiqi zənn etdiyiniz hadisələrin və içində olduğunuz mühitin həqiqət olmadığı, beyninizdə yaradılmış bir xəyal olduğu kimi. Növbəti təcrübəni aparmaqla mövzunu daha yaxşı dərk edə bilərik.

Soldakı toplama işarəsinə bir dəqiqə ərzində gözünüzü ayırmadan baxın. Daha sonra gözünüzü sağdakı toplama işarəsinə zilləyin və bir müddət gözləyin. Sağdakı sxemin də rəngləndiyini görəcəksiniz. Bəli ortada rəng yoxdur, amma beyniniz sizi aldadır. Yəni, həqiqətdə olmayan bir şeyin var olduğunu zənn edərsiniz.


 

Parçalanan görüntü

Torlu qişa üzərində meydana gələn görüntünün hər bir hissəsi, kəllə içərisində şifrələnmiş elektrik axınları halında gəzər. Görmə siniri boyunca gedən sinir xəbərdarlıqları beynin arxa tərəfində yerləşən ənsə payındakı görmə korteksi tərəfindən şərh edilər.

Başlanğıcda çox anlaşıqlı olan "torlu qişa məlumatları", anlaşılmaz elektrik siqnalları halında görmə mərkəzinə çatar. Oradakı sinir hüceyrələri bu bu mürəkkəb məsələləri həll edəcək, bunlardan bir məna çıxardacaq və hər birimiz üçün aydın olan üç ölçülü görünüşlər halına gətirəcəklər. Beynin görmə sahəsi çox mürəkkəb şifrələri deşifrə edən olduqca inkişaf etmiş bir kompyuter kimi işləyir. Milyardlarla elektrik siqnalı dərhal oxunaraq şərh olunar.

Beyin iki hissəli bir orqandır. Hər bir hissədəki ənsə payı, yalnız bir gözdən məlumat alar. Görmə sahəsinin sağ tərəfindəki məlumatlar sol ənsə payına, sol tərəfindəki məlumatlar da sağ ənsə payına gedər.

Colin Blakemore adlı elm adamı fəaliyyəti tam olaraq aydınlaşa bilməmiş bu sistem barədə bunu demişdir: "Beyin vizual məlumatı aldıqdan sonra parçalayıb nə edir? Əgər daha sonra yenidən bunları birləşdirib görünüşü meydana gətirəcəksə, onda niyə parçalayır?".(23)

Gözün içindəki mexanizmlər, göz-beyin əlaqəsi, sinir hüceyrələri və elektrik siqnallarından meydana gələn bu sistemin insan ağlının dərk edə bilməyəcəyi bir mürəkkəbliyə sahib olmasına baxmayaraq, hər şey olduqca müntəzəm şəkildə işləyər, heç bir dolaşıqlıq və qarmaqarışıqlıq yaşanmaz.(24) Çünki bədənimizdə ən sadəsindən ən ağlasığmaz mürəkkəblikdəki əməliyyata qədər lazım olan hər şeyin ən qüsursuz şəkildə yerinə yetirilməsini təmin edən bir dizayn vardır. Sonsuz qüdrət sahibi olan Allahın yaratdığı bu sistem sayəsində həyatımızı (xəstəlik hallarından başqa) heç bir çətinlik çəkmədən davam etdiririk.


Nə gördüyünü bilmək

İnsan yaddaşı gördüyü görüntülərin bir qismini ehtiyyat halında saxlayar. Saxlanılmış fayllar daha sonra istifadə edilmək məqsədiylə tez-tez açılar. Məsələn, bir uşaq ilk dəfə qələm gördüyündə yaddaşında qələmə aid bir fayl açılar. Uşaq bir müddətdən sonra yenidən qələm gördüyündə daha əvvəl açılan qələmə aid fayldan çıxarılan görünüş, avtomatik şəkildə yeni görünüşlə müqayisə edilər. Bu sayədə uşaq gördüyü şeyin qələm olduğunu dərk edər.

Əslində bu sistem yalnız körpələrə ya da uşaqlara məxsus deyil. Bütün insanların beyni (buna sizin beyniniz də daxil olmaqla) gündəlik həyatda bu əməliyyatları avtomatik şəkildə yerinə yetirər. Hər hansı bir şey gördükdə, bu görünüş dərhal əvvəlcədən yaddaşa həkk olunmuş görünüşlərlə müqayisə edilər. Aparılan bu müqayisə nəticəsində yeni görünüşün nə olduğu müəyyənləşdirilər. Əgər əlaqələndirmə sahəsindəki bu əməliyyatlar yerinə yetirilməsəydi öz uşağınızı belə tanıya bilməzdiniz.

Əlaqələndirmə sahəsi hərəkət anlayışının qəbul edilməsini də təmin edər. Hərəkət halında olan bir cisim gördüyümüz vaxt, yaddaşımız fəaliyyətə keçərək o hərəkəti yadda saxlayar və növbəti hərəkətlə müqayisə edər.(25) Eynilə bir kinolentdə olduğu kimi hərəkətlər arxa-arxaya qeyd edilər və bir fotoşəkil ardıcıllığı meydana gələr. Obyektin yerləşdiyi yer bir qədər əvvəl yerləşdiyi yerlə müqayisə edilərək hərəkət faktı zehində yaradılar.

Bura qədər izah edilən məlumatları nəzərdən keçirək. Yaddaşa bəzi görünüşlərin həkk olunduğu, daha sonra bunların təkrar istifadə edilmək üçün geri çağırıldığından bəhs edildi. Bəs bu görünüşlər hara və necə həkk olunur? Daha sonra bu görünüşlər haradan, kimin nəzarəti altında və necə çıxarılır?

Kompyuter yaddaşına yazılmış məlumatı bir diskdə saxlayır ki, bu da diskin tutumu ilə məhdudlaşır. Halbuki beyin belə bir diskə sahib olmadığı halda, bir ət parçasının içində milyonlarla görünüşü saxlayır. Daha da maraqlısı indiyə qədər beyində bir yaddaş mərkəzinin tapılmamasıdır.

Sərt disk mühəndislər tərəfindən dizayn edilmiş, fabriklərdə istehsal olunmuş, hər hissəsində onu hazırlayan insanların ağlının göründüyü bir parçadır. Biri ortaya çıxıb dəmirin, plastmas və şüşənin öz-özlərinə birləşərək, təsadüfən olduqca inkişaf etmiş bir kompyuter meydana gətirdiklərini söyləsə, hətta bu kompyuterin müasir kompyuterlərin əcdadı olduğunu iddia etsə, ciddiyə alınmaz belə. Halbuki kompyuterdən xeyli üstün olan beynin və fotoaparatlarla müqayisə edilməyəcək qədər inkişaf etmiş bir gözün varlığı, bəzi insanlar tərəfindən təsadüflərlə izah edilməyə çalışılır. Həmçinin də həqiqətdə yalnız bir aldatmacadan ibarət olan bu izahlar insanlara elm pərdəsi altında təqdim edilməyə çalışılır.

Bunun tək bir səbəbi vardır. Kompyuteri hazırlayan bir ağlın olduğunu qəbul etmək və bunun təsadüfən deyil, əksinə bir fabrikdə insanlar tərəfindən hazırlandığını söyləmək insana heç bir məsuliyyət gətirməz. Amma beyni və gözü yaradan bir gücün varlığı qəbul edilsə, onda iş dəyişər. Yaradılış qəbul edilsə, yaradan və yaradanın əmr və qadağaları, yəni, dini də qeyd-şərtsiz qəbul edilməli olacaqdır. Buna görə də qurduqları dindənkənar sistemlərin ayaqda qalmasını təmin etmək istəyən kəslər, yaradılışa müxalif çıxaraq hər dövrdə təkamül nəzəriyyəsi kimi axmaq bir fərziyyəni dəstəkləmişlər. Apardıqları təbliğatlardan ötrü mövzu barəsində kifayət qədər məlumata sahib olmayan kəslər təkamülü qəbul edilmiş bir həqiqət kimi görürlər. Halbuki təkamül, doğruluğu heç bir şəkildə isbat edilə bilməmiş, əksinə etibarsızlığı və əsassızlığı elmi faktlarla dəfələrlə sübut edilmiş bir ideologiya və bir inancdır.

 

Vizual yaddaş

Görmə, yəni, baxılan obyektin qəbul edilməsi yalnız göz və görmə mərkəzi sayəsində reallaşan bir qəbuletmə prosesi deyil. Beynin gördüyü obyekti qəbul etməsi və şərh edə bilməsi üçün yaddaşın köməyinə ehtiyacı vardır.(26) Beynin bunu bacara bilməsi üçün "görmənin asosiyasiya sahələri" birlikdə işləməlidir. Asosiyasiya sahəsinin vəzifəsi hisləri yaddaşın köməyiylə daha keyfiyyətli şəkildə şərh etməyi təmin etməkdir.

Ötən yarım əsrdə neyrofiziologiya sahəsindəki bir çox irəliləyişə baxmayaraq, beynin, bəlkə də, ən əhəmiyyətli funksiyası olan yaddasaxlama hadisəsi hələ də açıqlana bilməmişdir. Bu mövzuda bilinənlər, bilinməyənlərin yanında heç nədir.

Görmənin "asosiyasiya" sahəsinin zədələnməsi və ya bu bölgədə bir şiş əmələ gəlməsi korluğa səbəb olmaz. Birinci dərəcəli görmə sahəsinin impulslarıyla bu sahə hərəkətə keçər, lakin adamın gördüyü tanış obyektləri tanıma qabiliyyəti əhəmiyyətli dərəcədə azalar və ya tamamilə yox olar; bu vəziyyət görmə aqnoziyası adlandırılar.(27)

Sağlam bir insanın belə bir narahatlığı təsəvvür edə bilməsi belə olduqca çətindir. Bir cismi gördüyü halda, nə işə yaradığını bilməmək, üstəlik cismi hər dəfə gördükdə bu problemlə yenidən qarşılaşmaq insanı olduqca aciz bir hala salar. Beynin kiçik bir hissəsinin zədələnməsinin, belə bir çətinliyin başlamasına səbəb olacağı düşünülsə, beynin yaradılışındakı qüsursuz incəlik daha yaxşı aydın olar.

 

İki göz, tək görünüş (binokulyar görmə)

Hər kəs özünün iki gözlə dünyaya gəlmiş olduğunu bilər, amma heç vaxt bunun səbəbiylə maraqlanmaz. Nə üçün hər kəs iki gözlüdür? İnsanlar təsadüfənmi iki gözə sahib olmuşlar? Yoxsa bunun xüsusi bir səbəbimi var?

Əslində hər bir göz təklikdə görə bilər və hər birində ayrı-ayrı görünüş meydana gələr. Gözlər arasındakı məsafə 5 sm-dən bir qədər artıq olduğu üçün iki torlu qişada yaranan görünüşlər bir-birlərindən fərqlidir. Hər gözdən gələn görünüş iki ölçülüdür. İki gözdən gələn məlumatlar beyində üç ölçülü tək bir görünüş halına gətirilər. Bu sayədə dərinlik və cisimlər arasındakı məsafə qəbul edilər.

İki gözün gördüyü görünüşlər bir-birindən fərqlidir, ancaq bir-birlərini tamamlayarlar. Bu iki görünüş arasındakı kiçik fərqləri qəbul edib şərh etməyimiz görünüşün üç ölçülü olmasını təmin edər. Əgər iki gözdə ayrı-ayrı yaranan görünüşlər beyində tam şəkildə birləşdirilməsəydi, dünyanı cüt və iki ölçülü görərdik.

Görünüşlər arasındakı fərq çox sadə bir təcrübə ilə isbat edilə bilər. Bir ağacın budaqlarına əvvəlcə iki gözünüzlə sonra isə tək gözünüzlə bir müddət baxın. Daha sonra iki gözünüzü təkrar açın, budaqlar daha dərin görünəcək.

Başqa bir təcrübə daha apara bilərik. Bir gözünüzü yumduqdan sonra bir tikiş iynəsinə sap keçirməyə çalışın. Bunu bacara bilməyəcəyinizi görəcəksiniz. Çünki, görünüşün dərinliyi tək gözlə qəbul edilməyəcəyindən, iynə ilə sap arasındakı kiçik məsafə fərqini görə bilməyəcək və sapı dəliyə keçirə bilməyəcəksiniz.

Bəzi hallarda cisimləri cüt də görərik. Əgər insanlar cüt görməyin fərqini hiss edə bilmirlərsə, bunun səbəbi diqqətin baxılan cisimdən kənara yönəlməməsidir. Məsələn, iki qələmi arxa-arxaya tutub, gözümüzü uzaqdakına fokuslasaq yaxındakını, yaxındakına fokuslasaq isə uzaqdakını cüt görərik. Əgər gözün fokuslama qabiliyyəti olmasa, görünüş daima cüt olacaq və normal bir görünüş meydana gələ bilməyəcəkdi.

Bir-birlərindən ayrı şəkildə görən gözlərin qəbul etdikləri görünüşlərin tək bir görünüş halına gətirilməsi, bunu edərkən iki ölçülü görünüşlərə üçüncü bir ölçünün də əlavə olunması olduqca dəqiq hesablamalar tələb edən bir əməliyyatdır. Əgər gözlər təsadüfən meydana gəlmiş orqanlar olsaydı, bu qədər böyük bir uyğunluq necə meydana gələrdi? Hansı təsadüf saniyədə milyonlarla fərqli şifrəni qiymətləndirən hətta bu şifrələri bir-birləriylə birləşdirən qüsursuz bir mexanizm yarada bilər? Əgər gözlər arasında bir uyuşmazlıq olsaydı, göndərdikləri siqnallar bir-birlərinə qarışacaq və qarmaqarışıq bir görünüş meydana gələcəkdi. Amma belə bir qarışıqlıq baş verə bilməz. Bir-birləriylə uyğunluq içində yaradılan iki gözün göndərdikləri siqnalların, yenə böyük bir uyğunluq ilə yaradılan beyin tərəfindən qiymətləndirilməsi nəticəsində ortaya qüsursuz bir görüntü çıxar. Belə bir sistemin varlığını təsadüflərlə şərh etməyə imkan yoxdur. Allahın yaratmasındakı qüsursuzluq bir ayədə belə ifadə edilir:

O, biri digəriylə "tam bir uyğunluq" (razılaşma) təşkil edən yeddi göy yaradandır. Rəhman (olan Allah)ın yaratmasında heç bir "ziddiyyət və uyğunsuzluq" görə bilməzsən. Budur gözünü çevirib-gəzdir; hər hansısa bir çatlaqlıq (pozuqluq və təhrif) görürsənmi?
(Mülk surəsi, 3)

Uzaqlığın müəyyənləşdirilməsi

Uzaqlığın müəyyənləşdirilməsində beyin xüsusi bir üsuldan istifadə edər. Ölçüləri daha əvvəldən məlum olan bir cismin uzaqlığı, torlu qişanın üzərinə düşən görünüşün böyüklüyü əsasında müəyyənləşdirilər. Məsələn, bir insanın torlu qişasına düşən görüntünün böyüklüyünə əsaslanaraq cismin nə qədər uzaqda olduğu təxmini olaraq hesablanar.

İnsan heç vaxt belə hesablama işlərinin öz beynində avtomatik şəkildə aparıldığını hiss etməz. O yalnız baxdığı cismin uzaq ya da yaxın olduğunu fərq edər.(28) Əgər belə sürətli işləyən bir hesablama sistemi olmasaydı, uzaqlıq-yaxınlıq anlayışları daim qarışacağından həyat olduqca çətinləşəcəkdi. Heç bir nəqliyyat vasitəsindən istifadə edə bilməz, yolda belə yeriyə bilməzdik. Xarici aləm perspektivsiz mürəkkəb şəkillər yığını halına gələrdi. Bura qədər verilən nümunələrdən də göründüyü kimi Allah insana bildiyi və bilmədiyi bir çox nemət vermişdir. Allah qullarına qarşı sonsuz şəfqət sahibi və mərhəmətli olandır.

Məgər Allahın yerdəkiləri və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, çox Mərhəmətlidir. (Həcc surəsi, 65)

Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.
(Muminun surəsi, 78)