![]() |
---|
GÖZÜN YARADILIŞI
İnsan həyatı boyu bir çox gözlə təmasda olar. Aynaya baxdığında gördüyü öz gözləri, ana-atasının, qardaşlarının, yoldaşlarının gözləri... Bəs bütün bu gözlər hamısı eyni mükəmməllikdə olacaq şəkildə necə meydana gəldi? Bu yazını oxumağınızı təmin edən və yer üzündəki ən böyük möcüzələrdən biri olan gözləriniz qısa bir müddət əvvəl yox idi. Sizin, 'mən' deyə xarakterizə etdiyiniz varlıq (yəni özünüz) gözlə görülə bilməyəcək qədər tək bir kiçik hüceyrədən ibarətdi. Məhz o anda bölünüb iki hüceyrə oldunuz, yenə bölünüb dörd yeni hüceyrə oldunuz. Bu bölünmə milyonlarla dəfə təkrarlandı və barmaq böyüklüyündə bir ət parçası oldunuz. Məhz o anda bu ətin üzərində iki kiçik qara ləkə meydana gəldi. Günlər keçdikcə bu ləkələr bir çuxura çevrildi və içində öz-özlüyündə bənzərsiz bir orqan meydana gəlməyə başladı. Bu çuxurun içində göz bəbəyiniz, göz büllurunuz, buynuzlu qişanız, torlu qişanız, gözünüzün ağ təbəqəsi, quzehli qişanız, üstündə göz qapaqlarınız, altında göz yaşı vəzləriniz, içində qida daşıyan bir maye, bu mayeni hazırlayan vəzlər, lazım olan hər nöqtəyə qan aparan milyardlarla kapilyar damarınız bir uyğunluq içində yoxdan var oldu. Bir müddət sonra bu yazını oxumağınızı təmin edən gözlərinizin yaradılışı tamamlandı və anadan olduqdan sonra gözlərinizi açdınız. Gözün meydana gəlməsini öyrənmək üçün əvvəlcə insan bədəninin necə meydana gəlməsinə qısa şəkildə nəzər salaq. Məlum olduğu kimi insan, tək bir hüceyrənin ana bətnində bölünərək böyüməsi nəticəsində yaranmışdır. Tək bir hüceyrədən qüsursuz işləyən bir bədənə sahib bir insanın meydana gəlməsinin sirri hüceyrələrin nüvəsində yerləşən DNT adlı molekulda gizlənmişdir.
İnsana aid bütün məlumatlar DNT-dəki milyonlarla mərtəbədən ibarət şifrələrə yazılmışdır. Şifrələr yalnız hüceyrənin başa düşə biləcəyi bir dildə yazılmışdır. Bu məlumatlara orqanların quruluşundan, adamın bütün fiziki xüsusiyyətlərinə qədər bədənin bütün incəlikləri daxildir. Ana bətnindəki tək hüceyrədən, bir insan yaranana qədər baş verən bütün mərhələlər DNT-dəki bu məlumatlar əsasında sürətlə reallaşır.
Normal şərtlərdə tək bir hüceyrənin bölünməsi nəticəsində yenə eyni tipdən olan bir hüceyrə meydana gəlməlidir. Buna görə də ana bətnindəki tək bir hüceyrənin bölünməsi nəticəsində, milyonlarla bənzər hüceyrənin meydana gətirdiyi bir ət parçası əmələ gəlməlidir. Lakin belə olmaz. Bölünmə əsnasında bir anda bir-birindən fərqli hüceyrələr meydana gəlməyə başlayar. Bəzi hüceyrələr sümük hüceyrələrini, bəziləri göz hüceyrələrini, bəziləri də beyin hüceyrələrini meydana gətirər. Eyni atadan gələn iki hüceyrə, üstəlik DNT-ləri bir-birlərinin eynisi olduğu halda, necə iki fərqli hüceyrə ola bilər? Hüceyrənin belə bir qərarı necə verdiyi elmi baxımdan hələ də açıqlana bilməmişdir. Məlum olan tək şey göz hüceyrəsi olmaq istəyən hüceyrənin milyonlarla mərtəbəli məlumat arasından yalnız gözə aid məlumatları istifadə etməyə başlaması və bu sayədə göz hüceyrəsi ola bilməsidir. Burada ağla müxtəlif suallar gəlir: Bir hüceyrə hansı səbəbə görə göz hüceyrəsi olmaq istəyər? Gözə aid məlumatları milyonlarla fərqli məlumat arasından necə tapar? Hüceyrələrdə meydana gələn fərqliləşmədən başqa ağlasığmaz bir hadisəylə daha qarşılaşarıq. Müxtəlif hüceyrələr birləşib mürəkkəb orqanları meydana gətirərlər. Bəs bu birləşmə necə təmin edilir?
Şüurlu hüceyrələr Mövzumuz olan gözü araşdıraq. Göz iç-içə keçmiş bir çox fərqli hissədən meydana gəlir. Bu hissələr mütləq bir nizam və uyğunluq içində meydana gəlməlidir. Hər hüceyrə nəyi nə vaxt edəcəyini bilməlidir. Quzehli qişa, buynuzlu qişa, göz bəbəyi, göz bülluru və torlu qişanın hər birini meydana gətirən hüceyrələr bir-birlərindən fərqlidir. Buna baxmayaraq, təbəqələr bir-birinə qarışmaz. Yenə bir çox sual ilə qarşı-qarşıya qalarıq: Bu hüceyrələr öz aralarında necə razılığa gəliblər? Bir təbəqəyə aid hüceyrə necə olur da o biri təbəqəylə qarışmır. Hüceyrələr hansı yerə qədər bölünüb, nə vaxt dayanacaqlarını haradan bilirlər? Hüceyrələr arasında heyrətamiz bir zamanlama vardır. Fərqli təbəqələr bir uyğunluq içində meydana gələrlər. Bir hissə meydana gəldiyi vaxt, birlikdə fəaliyyət göstərəcəyi digər hissə və hər ikisini eyni anda bəsləyəcək qan damarları da meydana gələr. Müstəqil hissələr nə bir-birlərinin qabağına keçər, nə də bir-birlərindən geridə qalarlar. Çox qısa şəkildə təsvir edilən bu proses nəticəsində tək bir hüceyrədən fərqli orqanlar, bunları meydana gətirən fərqli hissələr əmələ gələr. İnsan bu prosesə heç bir şəkildə nəzarət etmir. Bir zamanlar "heç" bir şey olmadığı bir halda, qüsursuz bir bədənlə dünyaya gəldiyini görər. Aynanın qarşısında gördüyünüz bədəninizin yaranma mərhələsində heç bir hökm vermədiyinizi unutmamalısınız. Heç bir xüsusiyyətinizi özünüz yaratmadınız. Gözləriniz, qulaqlarınız, digər orqanlarınız və ruhunuzla birlikdə yaradılmış olduğunuzu gördünüz.
Gözün meydana gəlməsi mutasiyalarla açıqlana bilməz
Halbuki zənn edildiyi kimi təkamül, elmi baxımdan sübut edilmiş bir həqiqət deyil, hiyləgərlik, saxtakarlıq və yalanlarla mənimsədilməyə çalışılan bir inancdır. Təkamülün təməl məntiqi, dünyada mövcud olan mükəmməl sistemin bir yaradıcı tərəfindən yaradıldığını inkar etməkdir. Məhz buna görə də təkamül nəzəriyyəsi canlıların tamamilə təsadüflərdən ibarət bir proses nəticəsində öz-özlərinə meydana gəldiyini iddia edir. Darvinin bu nəzəriyyəni irəli sürməsindən sonrakı illərdə texnologiyanın inkişafıyla birlikdə Darvinin fikirlərinin qəbul edilə bilməz olduğu elmi olaraq isbat edildi. Çünki mühit şərtlərinin dəyişməsiylə bədən hüceyrələrinin yeni xüsusiyyətlər qazana bilməyəcəkləri, müəyyən bir yolla qazandıqları fərz edilsə belə (onsuz da bu qeyri-mümkündür) bu xüsusiyyətləri sonrakı bir nəslə ötürə bilməyəcəkləri məlum oldu. Beləliklə də, təkamül nəzəriyyəsi hələ yarandığı ilk vaxtlarda çökdü. Lakin dünya səviyyəsində böyük bir dindənkənar sistem qurulurdu. Bu sistemin əsaslarından biri olan təkamül də bir şəkildə öz yoluna davam etməliydi. Çünki dindənkənar bir sistemin qurula bilməsi üçün əvvəlcə yaradılış inkar edilməliydi. Çarə olaraq yeni bir aldatmacaya müraciət edildi: Neodarvinizm. Bu aldatmaca da, əlbəttə ki, Darvinin Allahı inkar etmə məntiqinə əsaslanırdı. Aldatmacanın əsası, yəni, yaradılışı inkar etmə davam etdirilir, amma fərqli bir üsuldan istifadə edilirdi. Yeni aldatmacaya görə mikro-mutasiyalar (kiçik irsi dəyişikliklər), bir növün başqa bir növə çevrilməsini təmin edəcək yeganə mexanizm idi. Çünki, bir canlının sahib olduğu bütün fiziki xüsusiyyətlər, canlının hüceyrələrində olan genlər tərəfindən müəyyənləşdirilirdi. Bu genlərdə müsbət bir dəyişiklik olmadığı müddətdə növdə daimi bir dəyişiklik gözlənilə bilməzdi. Təkamülün ən çox güvəndiyi mexanizm olan təbii seleksiya, mutasiyalar tərəfindən dəstəklənilmədikcə heç bir işə yaramayacaqdı. Təkamül yenə böyük çıxılmaz vəziyyətlər içərisindəydi. Bu çıxılmaz vəziyyətlərdən ilki mutasiyaların ümumi təsiriydi. Zərərsiz mutasiyalar ancaq mində bir nisbətində müşahidə olunurdu, yəni, xeyli nadir idi. Mövcud bir növün bir çox mutasiyaya məruz qaldığı düşünüldüyündə nəticə təkamül baxımından olduqca ümidsiz idi. Faydalı mutasiyalardan olduqca çox olan zərərli mutasiyalar nəticəsində bir çox qəribə görünüşlü canlı meydana gələcək, mövcud canlı növləri isə yox olacaqdı. Təkamülçülər baxımından ən faciəvi şey də əllərində hər iki şeyə, yəni, faydalı və ya zərərli mutasiyaya aid heç bir fosilin olmamasıydı.
Genetika; çöküşün son mərhələsi
Elə isə yeni bir strukturun yaradılması üçün nə lazım gəlirdi? Bunun sirri hüceyrənin DNT-sindədir. Yeni bir orqanın yaranması üçün, o orqana aid genetik məlumat bütöv bir halda hüceyrələrin DNT-sinə əlavə olunmalıdır. Məsələn, bir qaraciyər bir anda meydana gələcəksə, qaraciyərə aid 2 309 gen, bir göz üçün 1 794, bir ağciyər üçünsə 11 581 gen və bu genlərin içindəki milyonlarla mərtəbədən ibarət genetik şifrə bir anda səhvsiz və əskiksiz şəkildə hüceyrəyə əlavə olunmalıdır ki, bu orqanlar sonrakı bir nəsildə də meydana gəlsin. Yəni, mövcud bir orqanın vaxt keçdikcə, mərhələli şəkildə meydana gəlməsinə imkan yoxdur. Hər nə qədər qeyri-mümkün olsa da, mikro-mutasiyalar nəticəsində genetik proqrama bəzi şeylərin əlavə olunduğunu fərz edək və yenə fərz edək ki, zaman keçdikcə baş verən hadisələr ardıcıllıqla meydana gəlsin və əlavə olunaraq üst-üstə yığılsın və yox olmasın. Bu fərziyyələr belə mürəkkəb bir orqan və sistemləri (gözlər, qanadlar, tənəffüs sistemi və s.) şərh etməyə kifayət etmir. Çünki mürəkkəb sistemlərdə zaman keçdikcə tamamlanması gözlənilən əskik hissələr olmadan sistem işləməz. Bu səbəbdən də əvvəlcədən tamamlanmış qisimlər heç bir işə yaramayacağı üçün mövcudluqları mənasız olar, həm də istifadə edilmədikləri üçün təkamül nəzəriyyəsinin iddiasına görə atrofiyaya uğrayar, yox olarlar.
Göz müxtəlif funksiyalar yerinə yetirən bir çox fərqli təbəqə və hissədən ibarət olub, bütöv bir halda işləyir. Tək bir təbəqənin və ya hissənin çatışmaması gözü yararsız bir ət və yağ yığını halına gətirər. Buynuzlu qişa, quzehli qişa, göz bülluru, torlu qişa, göz bəbəyi ətrafındakı əzələlər, gözün içində olan piqmentler, göz yaşı vəzləri, göz yaşının tərkibində olan dezinfeksiyaedici maddələr, torlu qişanı meydana gətirən konus və çubuq hüceyrələri, bu hüceyrələrdən çıxan siqnalları beynə çatdıran sinir şəbəkələri, beyində yerləşən olduqca inkişaf etmiş görmə mərkəzi kimi bir-birləriylə uyğunluq içində işləyən mexanizmlərə eyni anda ehtiyac vardır. “Bilim ve teknik” jurnalında qeyd olunan bir yazıda bu vəziyyət belə ifadə edilmişdir: Gözlərin və qanadların ortaq xüsusiyyəti ancaq tamamilə inkişaf etdikləri təqdirdə funksiyalarını yerinə yetirə bilmələridir. Digər bir sözlə əskik gözlə görmək, yarımçıq bir qanadla uçmaq olmaz.(29) Həqiqətən də insan gözünü araşdırdığımız vaxt, bu orqanın öz funksiyalarını yerinə yetirə bilməsi üçün göz yaşı vəzlərinin müntəzəm bir şəkildə işləyib gözü təmiz saxlamasının, qoruyucu bir təbəqə olan buynuzlu qişadan keçən işığın göz bəbəyi (pupilla) tərəfindən müvafiq şiddətdə tənzimlənməsinin və göz büllurundan keçərək işığa və rəngə həssas olan 130 milyona yaxın torlu qişa hüceyrəsinə düşməsinin lazım olduğunu görürük. Mövcud qalıqlar da gözlərin bir dəyişikliyə məruz qalmadan bugünkü əskiksiz və mükəmməl strukturlarıyla yaradıldıqlarını göstərir. Müxtəlif canlıların göz strukturları araşdırıldığında, başıayaqlıların (sefalopod) da milyonlarla ildir ki, eyni görmə orqanlarına sahib olduqları, bir dəyişikliyin baş vermədiyi görünəcək. Məsələn, 1983-cü ildə Cənubi Fransanın Ardèche bölgəsində tapılan 155 milyon illik bir osminoq qalığı ilə dövrümüzdəki osminoqlar arasında heç bir fərqin olmadığı görülmüşdür. Bu vəziyyət canlının özünəməxsus gözlərinin 155 milyon ildən bəri eyni şəkildə qaldığını, hər hansı bir dəyişikliyin baş vermədiyini də göstərir.(30)
Təkamülçü elm adamları da gözü təkamül nəzəriyyəsi içində bir yerə qoya bilməzlər. Çarəsizlik içində "təkamül möcüzəsi" kimi gülməli bir ifadəyə müraciət edərlər. Türkiyənin tanınmış təkamülçü elm adamlarından olan prof. dr. Əli Dəmirsoy belə deyir: Lakin tam formalaşmış bir gözün meydana gəlməsi (məməli gözü kimi) bir neçə yüz milyon ildən əvvələ gedib çıxmaz. Bu mürəkkəb bir orqanın bu qədər qısa bir müddətdə meydana gəlməsi bir təkamül möcüzəsi kimi qəbul edilir.(31) Möcüzənin tərifi isə bir mənbədə bu şəkildə verilir: "Möcüzə insan ağlının hüdudlarından və təbiət qanunlarından kənara çıxan düşüncə deyil, əksinə dini inanca əsaslanan bir düşüncədir".(32) Göründüyü kimi bu möcüzəvi mexanizmin ancaq bir möcüzə əsəri olduğunu təkamülçülər də qəbul etmək məcburiyyətində qalmışlar. Ancaq bu möcüzənin necə olub da təkamülün bir nəticəsi olduğu heç cür aydınlaşmır. İddiaya görə təkamül "təbiətin" bir əsəridir. Möcüzə isə "fövqəltəbii" hadisələrə verilən addır. Bu vəziyyətdə "təbiətin" özündən "fövqəltəbii" bir hadisə gözləmək heç də məntiqli bir düşüncə deyil. İnsan bədənində göz qədər mükəmməl olan yüzlərlə mexanizmin varlığı məlum olduğuna görə əslində insanın özünün bir möcüzə olduğu qəbul edilmiş olur. Gözün bir bütün olaraq öz funksiyasını yerinə yetirə bilməsi və zaman keçdikcə meydana gələ bilməyəcək qədər bir-birindən asılı hissələrdən əmələ gəlməsi təkamülçü elm adamlarını çox çətin vəziyyətdə qoymuşdur. Prof. Əli Dəmirsoy bu vəziyyəti eyni əsərində belə ifadə etmişdir: Üçüncü bir etirazı cavablandırmaq olduqca çətindir... Mürəkkəb bir orqan faydalı olsa da, bir anda necə meydana gəlmişdir. Məsələn, onurğalılardakı göz bülluru, torlu qişa, optik sinirlər və görmə üçün lazım olan digər hissələr bir anda necə meydana gəlir. Çünki, təbii seçmə torlu qişanın özünü seçib də, sinirlərini bir kənara qoymaz. Göz bülluru meydana gəlsə də torlu qişa olmadan bir əhəmiyyət kəsb etməz, görmə üçün bütün strukturların birlikdə meydana gəlməsi zəruridir. Ayrı-ayrı meydana gətirilən hissələr istifadə olunmayacaqları üçün həm bir əhəmiyyət kəsb etməyəcək, həm də bəlkə zaman keçdikcə yox olacaq. Həmçinin hamısını bir anda mükəmməlləşdirməsində proqnozlaşdırıla bilməyəcək qədər kiçik ehtimalların baş verməsini tələb edir.(33) Məməlilərin gözləri barəsində verilən bu elmi açıqlamalardan sonra osminoqlardakı gözün necə əmələ gəldiyini, eyni müəllifin saytından öyrənməyə davam edək: Təkamüllü inkişaf prosesi ərzində bir-birindən asılı olmadan inkişaf edən və aralarında təkamüllü bir əlaqənin olmadığı orqanlar da vardır. Məsələn, osminoqun gözləriylə məməli bir heyvanın gözlərinin demək olar ki, eyni quruluşa sahib olub, eyni funksiyaları yerinə yetirməsinə baxmayaraq, meydana gəldikləri embrioloji təbəqələr fərqli olduqları üçün analoq orqan hesab edilirlər.(34) Yəni, təkamülçülər osminoqların gözləriylə məməlilərin gözləri arasında təkamüllü bir əlaqənin olmadığını və bunların bir-birlərindən tamamilə müstəqil şəkildə ayrı-ayrı meydana gəldiklərini irəli sürürlər. Bu təqdirdə məməli bir heyvanın gözü üçün baş verən möcüzənin (müəllifin yuxarıda ifadə etdiyi kimi) bir bənzəri osminoqda, başqa bir bənzəri böcəklərin gözlərində və digər bir bənzəri isə balıqların gözlərində təkrarlanmış olmalıdır. Qeyri-mümkünlüyünə baxmayaraq, təkamülün baş verdiyi düşünülsə belə, üç ayrı göz (böcəklərdə, mürəkkəb balıqlarında, onurğalılarda) bir-birindən ayrı şəkildə təkamül keçirmiş olmalıdır. Eyni qeyri-mümkün inkişaf, fərqli canlılarda eyni vaxtda baş vermək məcburiyyətindədir. Təkamülçü bir bioloq olan Frank Salisbury bu əhəmiyyətli həqiqəti belə dilə gətirmişdir: Mənim son şübhəm paralel təkamül haqqındadır... Göz qədər mürəkkəb bir orqan belə, müxtəlif vaxtlarda ayrı-ayrılıqda meydana gəlmişdir. Məsələn, mürəkkəb balığında, onurğalılarda və buğumayaqlılarda. Bunların bir dəfədə meydana gəldiklərini izah etmək kifayət qədər problemli olduğu halda, müasir sintetik nəzəriyyəyə görə müxtəlif dəfələr ayrı-ayrılıqda meydana gəldikləri düşüncəsi başımı ağrıdır.(35) Həqiqətən də mikro-mutasiyalarla açıqlanması qeyri-mümkün olan gözlər, qanadlar, ağciyərlər və s. mürəkkəb orqanların varlığı, Darvinin də etiraf etdiyi kimi nəzəriyyəsini qəti surətdə çökdürür: Əgər çox sayda bir-birinin ardınca baş verən kiçik dəyişikliklərlə mürəkkəb bir orqanın meydana gəlməsinin qeyri-mümkün olduğu göstərilsəydi nəzəriyyəm qəti surətdə çökəcəkdi.(36) Darvinin nəzəriyyəsini ortaya atdığı ilk illərdə izah edə bilmədiyi və canlıların sahib olduğu, "gözləri düşünmək məni bu nəzəriyyədən soyutdu" cümləsində qeyd etdiyi gözlərin necə əmələ gəldiyi mövzusu, aradan 100 il keçməsinə baxmayaraq, təkamülçülər tərəfindən hələ də izah edilə bilmir və Əli Dəmirsoyun ifadəsiylə onlar üçün bir "təkamül möcüzəsi" olaraq öz sirrini qoruyub saxlayır.(37) Halbuki burada haqqında danışılan şey, şübhəsiz ki, bir təkamül möcüzəsi deyil, qüsursuz bir yaradılışın, Allahın hər şeyi bir-biriylə uyğunluq içində yaratmasının nümunələrindən biridir.
Görməyi öyrənmək Yeni doğulmuş körpələr görmə orqanları olduğu halda, ətraflarını aydın şəkildə görə bilməzlər. Həqiqətən də yeni doğulmuş uşağın görmə orqanı bir işıq qəbuledicisindən başqa bir şey deyil, sadəcə işığı və qaranlığı ayırd edə bilir. Buna görə də uşağın vəziyyəti olduqca uzun bir müddət, eynilə danışdıqları dili bilmədiyi bir ölkədə yaşayan insanın vəziyyətinə bənzəyir. Bilmədiyimiz bir dili danışan insanların arasında yaşayarkən, qulağımız əvvəlcə bizə tamamilə mənasız gələn bəzi səsləri qəbul edər, sonradan bu səslər yavaş-yavaş bir məna qazanmağa başlayar. Zaman keçdikcə bu səslərlə bəzi hadisələr arasında əlaqə yaratmağa çalışarıq. Yeni doğulmuş uşaq da eyni şəkildə görməni zaman keçdikcə öyrənər. Bu öyrənmə prosesinin ilk mərhələsi obyektləri gözləriylə seyr etməsidir. Doğulduqdan çox qısa bir müddət sonra gözlərinin qarşısında hərəkət etdirilən bir işığı seyr edə bilər. Bir neçə həftəlik olduğunda göz bülluru adaptasiya olmağa başladığı üçün, artıq aydın görməyə başlayar. Gördüyü şeyləri əliylə də tuta biləcəyini dərk etdikdən sonra, yaxınlığındakı obyektləri seyr edə bilmək üçün gözlərini cüzi bir şəkildə sağa-sola tərəf hərəkət etdirməsinin kifayət etdiyini, bununla da daha uzaqdakı obyektləri seyr etmək üçün gözlərini xeyli çevirməli olduğunu dərk edər. Sonra da gözlərini yuxarı və aşağı doğru hərəkət etdirmək kimi bir qədər də çətin olan hərəkətləri öyrənərək hündürdəki obyektləri də gözləriylə seyr etməyi bacarar. Beləcə cisimləri genişlik, uzunluq və dərinlikləriylə 3 ölçülü halda görməyə başlayar. Cisimlərin ölçülərini öyrəndikcə, bu məlumatlar əsasında müqayisə apararaq məsafələri qiymətləndirməyi öyrənər.(38) Öyrənmə prosesi olduqca uzun müddət davam edir və sistem ancaq üç yaşına doğru tam mənasıyla yerinə oturmağa başlayar. Bu hissədə körpənin görməyi "öyrənməsindən" bəhs edildi. Görəsən şüursuz və heç bir şeydən xəbəri olmayan bir varlıq öz-özünə, öz iradəsiylə bütün bunları necə öyrənə bilər? Bunun cavabı insanları da, gözlərini də yaradan Allahın saytındadır. Bir Quran ayəsində insanların ana bətnindən heç bir şey bilmədikləri bir halda çıxarıldığından, görmə, eşitmə və könüllərin şükr etmələri üçün verildiyindən bəhs edilir: Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. (Nəhl surəsi, 78)
Görmədə işığın rolu İşıq dünyanı insanın gözlərinə daşıyan bir vasitəçidir. Lakin istər strukturu, istərsə də texniki xüsusiyyətləri hələ də öyrənilə bilməmişdir. İşığa konkret bir tərifin verilə bilməməsinin səbəbi; kütləsinin və həcminin olmamasıdır. Bu məqamda işıq mövzusunda aparılmış tədqiqatların nəticələrini yazmağa çalışsaq, cildlərlə dolu yerdən istifadə etməli olarıq. Üstəlik əldə edəcəyimiz əsər də bir fizika saytından başqa bir şey olmayacaq. Bu yazının əsas məqsədi isə hər an təmasda olduğumuz işığın möcüzəvi istiqaməti haqqında düşünülməsini təmin etməkdir.
İşığı necə qəbul edirik? Xarici aləmlə ən əhəmiyyətli əlaqəmizi təmin edən duyğunun görmə olduğunu bilirik. Lakin insanların çoxu gördükləri görünüşün əslində çox məhdud olduğunu bilməzlər. Belə ki, gözə daxil olan işığın ancaq 10%-i qəbuledici hüceyrələrə çatar. Çoxu əks etdirilər və ya gözün digər qisimlərində udular.(39) İnsanın görə bilmədiyi fərqli dalğa uzunluqlarındakı fərqli işıq növləri də mövcuddur. Kosmosun dərinliklərindən gələn kosmik şüalar, rentgen şüaları, qamma şüaları, insan bədənindən çıxan radiasiya, ultrabənövşəyi şüalar, infraqırmızı şüalar insan gözü tərəfindən qəbul edilə bilməz. Çünki insan gözü yalnız müəyyən dalğa uzunluqları arasındakı işığı qəbul edə bilər. Görülə bilən işıq, ultrabənövşəyi şüalar ilə infraqırmızı şüaların dalğa uzunluqlarının arasında qalan hissədir. İnfrared sözünün mənası "infraqırmızı" deməkdir. Gözün gördüyü qırmızı şüalardan daha uzun dalğa uzunluqlarına sahib olan şüalara bu ad verilər. Hər cisim öz temperaturuyla mütənasib şəkildə bir şüa enerjisi yayar. Sobadan, bədənimizdən, dünyadan, hətta ulduzlardan yayılan enerjinin təməli olan infraqırmızı şüaları görə bilmədiyimizi təkrar ifadə etməliyik. Ətrafımızdakı infraqırmızı şüaları görə bilsəydik, gördüklərimiz istiliyə əsasən tənzimlənəcəkdi. Ultrabənövşəyi və daha qısa dalğa uzunluqlarına sahib rentgen şüaları da göz tərəfindən görülə bilməz. Yüksək enerjiyə və olduqca qısa dalğa uzunluğuna sahib olan bu şüalar, insan üçün öldürücü ola biləcək qədər təhlükəlidir. Hazırda olduğunuz mühitdə gözlərinizin görmədiyi, bu səbəbdən də heç bilmədiyiniz minlərlə şüa ilə iç-içəsiniz. Amma gözləriniz bunları görməz. Halbuki göz bütün işıq növlərini qəbul etsəydi, xarici aləm olduqca mürəkkəb və anlaşılmaz olardı. Dünyaya gəlib çatan bütün kosmik şüalardan ötrü göz-gözü görməyəcək, üstəlik insanlar və cisimlər fərqli temperaturlara görə müxtəlif vaxtlarda fərqli rənglərdə görünəcəkdilər. Ətrafımızı rentgen şüaları kimi görsəydik, ətrafımızdakı bütün görünüşlər skelet şəklində olardı. Belə bir görünüşün də insana heç bir zövq verməyəcəyini hər kəs təsəvvür edə bilər. Allah insanları yaradarkən skeletləri üzərində bədəni örtən bir ət və dəri yaratmışdır. Amma insan heç vaxt qarşısındakı insanın skelet quruluşunu, qan dövranını, daxili orqanlarını görməz. Allah insana bütün bu narahat edici incəlikləri qəbul etdirməz və qarşısındakını mümkün ola biləcək ən gözəl halıyla göstərər.(40) ...Sizə surət verdi, surətlərinizi də ən gözəl (bir forma və incəlikdə) şəklə saldı... (Mömin surəsi, 64)
Rəngli görmə İnsan ömrü boyu milyonlarla görünüşlə qarşılaşar. Bu görünüşlərdən gözə xoş gələnlər adətən bol rəngli olanlardır. Bir mənzərəyə baxıldığında rənglərin uyğunluğu və gözəlliyi insanın xoşuna gələr. Məsələn, bir çiçək tarlasındakı o böyük rəngarənglik, rənglər arasındakı uyğunluq insana rahatlıq verər. Səmanın, dənizin göz oxşayan çalarları, çiçəklərdəki möhtəşəm sənət və daha nə qədər estetik görünüş rənglər sayəsində mövcuddur. Əgər yer üzündə yaşıl rəng olmasaydı, heç kim yaşılın necə bir şey olduğunu təsəvvür edə bilməzdi. Eynilə hal-hazırkı rəng növlərindən başqa bir rəngin təsəvvür edilə bilmədiyi kimi.
Beynimizdəki rənglər Xarici aləmdə rəng yoxdur. İnsanın rəng hesab etdiyi, fərqli dalğa uzunluqlarındakı fotonların beyindəki şərhidir. Qırmızı rəngli bir çiçək ilə mavi rəngli bir avtomobil arasındakı rəng fərqi, yalnız bu cisimlərdən gözə gələn şüaların dalğa uzunluqları arasındakı fərqdir. Fərqli dalğa uzunluqlarındakı şüalar göz sinirlərini müxtəlif ölçülərdə xəbərdar edir. Bu xəbərdarlıqlar beyinə gəldiklərində fərqli rənglər olaraq xarakterizə edilirlər.
Təkcə rəng anlayışının mövcud olması belə böyük bir möcüzə olduğu halda, təbiətdə olan rənglərin ən gözəl və uyğun bir şəkildə istifadə edilmiş olması Allahın insanlara lütf etdiyi böyük bir nemətdir. Dünya və üzərindəkilər, çiçəklər, meyvələr, quşlar, əngin dənizlər və içində yaşayan rəngarəng canlılar; balıqlar, mərcanlar, yosunlar, bir sözlə, fərqli rəng, naxış və formalardakı milyardlarla varlığın təsadüflər nəticəsində meydana gəlmələrinə imkan belə yoxdur. Təsadüflər bir quşun tüklərindəki və ya bir balığın pulcuqlarındakı rəng ahəngini necə yarada bilər? İnsanlara bu varlıqları bu qədər estetik göstərən nədir? Tovuz quşunun tüklərindəki və ya bir pələngin kürkündəki ya da bir mərcan dənizindəki balığın pulcuqlarındakı naxışları və rəngləri yaradan nədir? Arxeoloji qazıntılar vaxtı tapılan bir sandığın içindən olduqca gözəl, hətta bir sənət möcüzəsi sayıla biləcək yağlıboya ilə çəkilmiş bir portretin çıxdığını düşünək. Heç kim portretdə istifadə edilən boyaların təsadüfən öz-özlərinə birləşərək bir kompozisiya meydana gətirdiklərini söyləyə bilməz. Portretin bir rəssam tərəfindən diqqətlə çəkildiyi və o rəssamın vermək istədiyi kompozisiyanı əks etdirdiyi açıq-aydındır. Eyni şəkildə yer üzü, səma, çiçəklər, meyvələr, digər bitkilər və heyvanlardakı rənglərin və estetikliyin də bir yaradıcısı olduğu, yəni, Allah tərəfindən ən gözəl şəkildə yaradıldığı ortadadır. Məgər onlar başları üstündəki göyə baxıb
onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir
yarıq da yoxdur. Biz yeri döşəyib-yaydıq və orada möhkəm dağlar
yerləşdirdik, həmçinin də gözoxşayan və ürəkaçan hər növdən (bitkilər)
yetişdirdik. (Bunlar) "səmimi-qəlbdən Allaha yönələn" hər qul üçün
"hikmətlə baxan bir qəlb gözü" və bir zikrdir... (Qaf surəsi, 6-8) |
---|
![]() |
---|